Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

пятница, 31 мая 2013 г.

Heydər Əliyev və uşaqlar


1 - iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür







Heydər Əliyev və uşaqlar


“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Heydər Əliyev
Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. Planetimizin əhalisinin üçdə birini təşkil edən uşaqlarımızın necə tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən hər bir ölkənin gələcəyi asılıdır. Ona görə də uşaqlara diqqət və qayğı hər zaman göstərilməli, onların problemlərinin həllinə dövlət səviyyəsində nəzarət edilməlidir.
Amma 80-cı illərin ortalarından sonra müəyyən müddətdə cəmiyyətimizdə gedən mənəvi, iqtisadi tənəzzül və aşınmalar, üzləşdiyimiz Dağlıq Qarabağ problemi uşaqların da taleyindən yan keçmədi. Həmin dövrdə uşaqlar arasında təhsildən yayınma, məktəb yaşlı yeniyetmələrin alverə cəlb edilməsi, təhsil ocaqlarında tədrisin keyfiyyətinin aşağı olması, bir sözlə, uşaqlara qayğısızlıq cəmiyyətdə narahatlıq yaratmırdı.
Hazırda uşaqlara göstərilən qayğı göz qabağındadır. Ulu öndərimiz H.Əliyevin  təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, “SOS Kinderdorf İnternəşnl” təşkilatı ilə respublika hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən “Bakı SOS uşaq kəndi” salınmışdır. Burada Avropa standartlarına uyğun 12 ailə evi, uşaq bağçası və altı digər yardımçı bina fəaliyyət göstərir. Ailə evlərinin hər birində 8-10, umumilikdə isə kənddə 100-dən artıq uşağın yaşaması üçün hər çür şərait yaradılmışdır. Burada kimsəsiz, valideyn himayəsindən məhrum, yetim, atılmış uşaqlar tərbiyə alırlar.
Heydər Əliyev xalqımızın sabahını – gənc nəsli yaşatmaq, uşaqlar arasında fərqli həyat səviyyəsini yaxşılaşdırmaq üçün xarici ölkələrin diqqətini respublikamıza yönəltmişdi. Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün geniş hərəkat başlanmışdır. Uşaqların Beynəlxalq televiziya və radio günü münasibətilə keçirilən ənənəvi bayramında iştirak edən ulu öndərimiz Heydər Əliyev demişdir: “Artıq biz ictimai-siyasi cəhətdən çox sabit bir Azərbaycan yaratmışıq. İnsanlar rahat yaşasınlar və biz bunu, sabitliyi daimi edəcəyik... Əmin olun ki, siz bizim rastlaşdığımız çətinliklərlə rastlaşmayacaqsınız. Ancaq bu, sizə imkan verəcək ki, bizim başladığımız işləri daha da uğurla həyata keçirəsiniz. Siz bizim ümidimiz, gələcəyimizsiniz”
Hər bir uşağın

вторник, 28 мая 2013 г.





Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin
həyata keçirilməsi tariximizin bir çox qaranlıq
səhifələrini açmaqla kimliyimizi tam müəyyən
etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc
nəsil yetişidirilməsini zəruri edir. Keçid dövrünün
çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz
tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir
müddətdə aça bilmiş və xalqa göstərməyə nail
olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi
keçmişini, varisi olduğu mədəni irsi daha dərindən
öyrənərək böyük qürur hissi duymağa başlayır və
sözsüz ki, bununla fəxr edir.


Heydər Əliyev

28 May - Respublika Günü


 

 Azərbaycanda 28 May - Respublika Günüdür

 
Bu gün Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur. SİA-nın məlumatına görə, uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.
XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olmaları və milli dövlətlərin yaranması əsri kimi də daxil olub.
1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər.
ADC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdilər və Respublika süqut etdi.
Respublika Günü - 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur.

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul




Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Azərbaycanın dövlət himni səsləndi.
Rəsmi qəbulda nitq söyləyən Prezident İlham Əliyev Respublika Günü münasibətilə xalqımızı təbrik etdi. Bildirdi ki, 95 il əvvəl Şərqdə ilk demokratik respublikanın yaranması böyük tarixi hadisə idi. İyirmi üç aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin bir çox uğurlara nail olduğunu deyən dövlətimizin başçısı 70 illik sovet mərhələsində də xalqımızın milli mənəvi dəyərlərini qoruyub saxladığını bildirdi, 1970-ci illərdə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycanın inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırdı. Müstəqilliyin ilk illərinin böhran, xaos, iqtisadi geriləmə şəraitində keçdiyini deyən Prezident İlham Əliyev məhz belə ağır vaxtlarda xalqımızın ümummilli lider Heydər Əliyevin ətrafında birləşdiyini bildirdi.
“Heydər Əliyev amili ölkəmiz üçün həlledici anlarda özünü həmişə göstərib və son 10 ildə Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilib”, - deyən Prezident İlham Əliyev vurğuladı ki, bu illərdə Azərbaycan xalqı və dövləti sürətli inkişaf dövrünü yaşayıb. Bu dövrdə Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınıb, dostlarımızın sayı çoxalıb, ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzvü seçilib, iqtisadi inkişaf təmin edilib, sosial proqramların icrasına başlanıb. “Bizim məqsədlərimiz gələcəyə yönəlib”, - deyən dövlətimizin başçısı vurğuladı ki, son 20 ildə əldə edilən təcrübə ölkəmizin inkişafı ilə bağlı daha təsirli addımların atılmasına imkan verir.
Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu, bu məsələdə irəliləyişin olmamasından təəssüfləndiyini bildirdi. Bunun da əsas səbəbinin Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasətlə bağlı olduğunu deyən dövlətimizin başçısı bir daha bəyan etdi ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.
Azərbaycan gücləndikcə danışıqlar masasında mövqelərimizin də güclənəcəyini deyən Prezident İlham Əliyev ölkə əhalisinin artması ilə demoqrafik vəziyyətin də bizim xeyrimizə olduğunu vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmizdə bütün azadlıqlar təmin edilib, daxili siyasətin əsas istiqamətləri müəyyənləşib və gələn il üçüncü regional inkişaf Proqramının qəbul edilməsi ilə Azərbaycanın inkişafı tam təmin olunacaq.
Ölkəmizin həyata keçirdiyi enerji diplomatiyasının əhəmiyyətindən danışan Prezident İlham Əliyev növbəti illərdə Azərbaycan tərəfindən bu sahədə verilən qərarların qitənin enerji xəritəsini dəyişəcəyini vurğuladı. “Azərbaycanın xoşbəxt gələcəyi üçün mövcud siyasət davam etdiriləcəkdir”, - deyən dövlətimizin başçısı xalqımızın ən böyük sərvəti olan müstəqilliyin bundan sonra da qorunacağını diqqətə çatdırdı.

28 may – Azərbaycan Respublika Günü

28 may – Azərbaycan Respublika Günü

28 may – Azərbaycan Respublika Günü

Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 94 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri-nin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu. 


http://big.az 

суббота, 18 мая 2013 г.

ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEV


Гейдару Алиеву посвящается...


Гейдару Алиеву посвящается...

Пусть вечной будет имя твое!
Пусть каждый помнит честь твою!
Хоть нет сейчас тебя на свете,
В Азербайджане жив ты вечно!
Тебя, Гейдар мы не забудем!
О тебе мы помнить будем!
Родину любил ты сильно
И стоял за ней ты смело
Как сейчас стоит Ильхам,
Наш президент и наш Ислам!


Ученица 10 д класса шк.-лицея №267 г.Баку
Сабина Сафарова

суббота, 11 мая 2013 г.

Möhtəşəm Gül Bayramı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda Gül bayramı təşkil edilmişdir

 
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə paytaxtımızda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilmişdir.
AzərTAc xəbər verir ki, səhər tezdən başlayaraq paytaxtımızın sakinləri ilə yanaşı, şəhərimizin qonaqları da dünyanın bir sıra ölkələrindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parkı həvəslə ziyarət edirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda çiçək və bitkilərdən, yarpaqlardan hazırlanmış rəngarəng kompozisiyalar görünüşü və ifadəliliyi ilə seçilir, ziyarətçilərdə xoş ovqat yaradır.
Nağıllar və gözəllik aləmini xatırladan parkın girişinə çiçəklərlə bəzədilmiş qala qapıları formasında quraşdırılmış tağlar xüsusi yaraşıq verir.
Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş, postament ağ güllərlə hörülmüşdür.
Sakinlər başdan-başa bahar ətirli güllərə qərq olmuş parkın gözəlliyini seyr edərək burada xatirə şəkilləri çəkdirirlər.
Parkda gəzintiyə çıxanlar sırasında hər yaşdan, müxtəlif  millətlərdən olan insanları görmək mümkündür.
Parkdakı al-əlvan gül-çiçək çələnglərinə tamaşa edərkən bir daha bu bayramın Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq məhəbbətinin və minnətdarlığının böyük təntənəsi olduğunu hiss edirsən. Parkboyu sərgilənmiş gül kompozisiyaları, onlardan hörülmüş fiqurlar, dünyanın fərqli yerlərindən paytaxta gətirilmiş nadir çiçəklər və bitkilər, tətbiqi sənət nümunələri, rəsm, plakat, panno və müxtəlif əl işləri hamını heyran edir.
Gül bayramında Nəsimi rayonundakı təhsil müəssisələrinin hazırladıqları çoxsaylı əl işləri nümayiş etdirilir. Bu işlərdə 50 mindən artıq güldən istifadə edilmişdir.  Həmin işlərin fonunda gül bayramı  açıq havada düzəldilmiş əsrarəngiz muzey təəssüratı yaradır.
Rayonun ali, orta ixtisas və ümumi təhsil məktəblərinin, səhiyyə müəssisələrinin, uşaq yaradıcılıq mərkəzinin şagirdlərinin müxtəlif çiçək və güllərdən, bitkilərdən hazırladıqları rəngarəng tablolar, applikasiyalar Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini daha çox cəlb edir.
Bakı şəhərinin orta məktəblərinin təqdim etdikləri güldən kompozisiyalar xüsusi maraq doğurur. Bu əsərlər yaradıcılarının böyük istedadından və özünəməxsus fantaziyasından xəbər verir.
Parkdakı fəvvarələr güllərlə bəzədilmiş, gözəl və rəngarəng gül kompozisiyaları, müxtəlif fiqurlar arasında ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva ilə bağlı əl işləri də yer almışdır.
Burada müxtəlif dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından, gözoxşayan eksponatlardan ibarət sadə və eyni zamanda orijinal üslublu kompozisiyalar qurulmuşdur.
Bu ürəkaçan mənzərəni heyranlıqla seyr edərkən bir daha əmin olursan ki, ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə sevgisi, Azərbaycan təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də böyük hörmət və məhəbbətlə xatırlanır. Çünki builki gül bayramında hər yan göz oxşayır, hər tərəf al-əlvan rəngə bürünmüşdür. Boyaların, rənglərin gözəlliyi bu məkanı ziyarət edən hər kəsdə xoş ovqat yaradır.
Parkdakı kompozisiyalar insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin gözləri ilə baxmağa vadar edir. Maraqlısı odur ki, minlərlə çiçəyin bir arada toplandığı bu məkanda heç nə bir-birini təkrarlamır.
Şəhər sakini Nigar Zamanzadə deyir: Belə bir xoş ənənə ümummilli liderin adını əbədiləşdirəcəkdir. Çünki bu bayram nəinki dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə ümumxalq ehtiramının təntənəsidir, həmçinin gözəl paytaxtımızı əlvan və rəngarəng güllərlə, çiçəklərlə boyayır.
Güllərlə bəzədilmiş bu rəngarəng parkda gəzintiyə çıxan digər paytaxt sakini Mirzə Paşayev də digərləri kimi rəngarəng gül kompozisiyalarına tamaşa edərkən öz heyrətini saxlaya bilmir. Deyir ki, hər il məhz bu günü səbirsizliklə gözləyirik. Çünki hər il Gül bayramının ümumxalq təntənəsi ilə qeyd edilməsi ölkəmizin inkişafı, paytaxtımızın getdikcə gözəlləşməsindən əlavə, insanların qəlbində əsl bahar ovqatı yaradır. Təsadüfi deyildir ki, bu möhtəşəm bayramı seyr etmək üçün şəhərimizi ziyarətə gələn xarici qonaqların da sayı ildən-ilə artmaqdadır.
Azərbaycan xalqının ümummilli liderinin abidəsinin ucaldığı parkda gül bayramının təşkil olunması dahi şəxsiyyətin ruhuna ehtiram əlaməti olmaqla yanaşı, həm də paytaxt sakinlərinin xoş istirahətinin təşkili baxımından da gözəl addımdır.

четверг, 9 мая 2013 г.

10 may 2013-cü il - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur

10 may 2013-cü il - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur

Xalqımızın qəlbində və dövlətimizin  tarixində özünə  əbədiyyət abidəsi ucaltmış ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin hər mərhələsi Azərbaycanın yüksəliş mərhələləri ilə üst-üstə düşür. Tarixi gerçəklik ondan ibarətdir ki, Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən milli müstəqillik duyğularının reallaşmasına  çalışan ulu öndər Heydər Əliyev  xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün əlindən gələni əsirgəməmişdir.
Dahi şəxsiyyət öz parlaq zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyənləşdirmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən sonrakı dövrü tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur.
Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əslində 1969-cu ildən - məhz ümummilli liderimizin hakimiyyətə gəlişindən sonra başlamışdır. Əslində azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir.
Ulu öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.
Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaratmışdır. Sərt sovet rejiminin qadağalarına baxmayaraq cəsarətlə Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Azərbaycanlı gənclərin keçmiş sovetlər ittifaqının nüfuzlu ali məktəblərində təhsillərini davam etdirməsi, elmi və kadr potensialının  yüksəldilməsi, milli zabit kadrlarının hazırlanması üçün Cəmşid Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması  gələcəyə tuşlanan uzaqgörən addımlardan idi. Ümummilli lider  respublikaya birinci rəhbərliyi dövründə Azərbaycan dilinə dövlət dili statusu qazandırmağa nail olmuş, dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər addım atılaraq 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit edilmişdir.
Ümummilli liderimiz  Heydər Əliyevin  birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkə iqtisadiyyatı da intensiv və ekstensiv inkişaf etmişdir. 1969-1982-ci illərdə respublikada yüzlərlə yeni müəssisə, istehsalat sexləri  tikilmiş, neftayırma müəssisələri tamamilə yenidən qurulmuş, iri elektron, elektrotexnika, radiotexnika, cihazqayırma sənayesi zavodları və s. inşa olunmuşdur. 70-ci illərdən başlayaraq iqtisadi potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün iqtisadi inkişafının növbəti mərhələsi kimi tarixən zəruri olan azadlıq mübarizəsinə də daxilən hazırlamışdır. 80-cı illərin sonu, 90-cı illərin  əvvəllərində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.
Azərbaycanın faktiki olaraq bir dövlət kimi qurulması, bu dövlətin fəaliyyəti üçün zəruri əsasların formalaşdırılması dövrünün məhz Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi illərinə təsadüf etməsi danılmaz gerçəklikdir.
Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu.
1993-cü ilin ortalarında  Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz- üzə qalmışdı. Xalqın təkidli tələblərinə cavab olaraq  yenidən  hakimiyyətə qayıdan  müdrik rəhbərimiz Heydər Əliyev dahi uzaqgörənliyi ilə çox ciddi  ictimai-siyasi problemlərlə, vətəndaş müharibəsi, düşmən təcavüzü ilə üzləşmiş Azərbaycanın parçalanmasının, müstəqilliyinin itirilməsinin qarşısını aldı. Dözülməz həddə çatmış anarxiya aradan qaldırıldı, ictimai-siyasi sabitlik qısa zaman ərzində təmin edildi. Xarici ölkələrlə pozulmuş münasibətləri qaydaya salan, Azərbaycanı sülh, sabitlik, milli-dini tolerantlıq məkanına, fərqli mədəniyyətlərin dialoq meydanına çevirən ulu öndər ölkəmizin demokratik inkişaf yolunu müəyyənləşdirmiş,  Azərbaycan dövlətinin siyasi platformasını, iqtisadi əsaslarını, mənəvi və əxlaqi konsepsiyalarını yaratmışdır. Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl bir dövlətçilik ideologiyası formalaşdırmışdır.
Ulu öndər həm də Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlər imzalamaqla ölkəmizin iqtisadiyyatını yüksəliş yoluna çıxarmağa nail olmuşdur. Bakıda 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin  imzalanması, bir sıra digər müqavilə və layihələrin gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Görkəmli dövlət başçısı Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısında danılmaz xidmətləri qat-qat çoxdur. O, bütün siyasi fəaliyyəti dövründə azərbaycanlıların monolit birliyinin yaranmasına, qırılmaz həmrəyliyinin formalaşmasına, müstəqil Azərbaycan dövləti ətrafında sıx birləşməsinə və vahid bir milli ideya ətrafında toplaşmasına nail olmaq yolunda yorulmadan səy göstərirdi. Həm də talelərinə dünyanın müxtəlif ölkələrində yaşamaq qisməti düşmüş soydaşlarımızın belə bir mənəvi birliyə daha çox ehtiyacları vardı.  Dünya azərbaycanlılarının ölkəmizin milli mənafeləri ətrafında bir araya gətirilməsi, azərbaycançılıq ideologiyasının milli birliyin ən aparıcı amilinə çevrilməsi Heydər Əliyevin Azərbaycanımıza verdiyi minlərlə töhfələrindən biridir.
Yenidən hakimiyyətə qayıdışı ilə yeni dövrün tələblərinə uyğun, yalnız hüququn aliliyinə əsaslanaraq idarəetmə sistemini formalaşdıran mudrik rəhbərimizin qısa müddət ərzində dahi uzaqgörənliklə yaratdığı mükəmməl idarəetmə sistemi Azərbaycanın bir dövlət olaraq iqtisadi və siyasi cəhətdən möhkəmlənməsinə, dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilməsinə səbəb olmuşdur.
Azərbaycanda siyasi hakimiyyətin Heydər Əliyevin yaratdığı dövlətçilik təməli üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi zərurəti üzərində düşünərkən təsdiqini tapmış belə bir həqiqəti dərk edirik ki, Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hamıdan yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini - İlham Əliyevi yetişdirməsi olmuşdur.
Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Dövlətimizin  başçısı  respublikanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə prosesini bir-birindən ayırmadan hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin mühüm şərti hesab edir. Prezident  İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyətinin inkişafından asılıdır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir.
Xalqımızın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin də arzuladığı, uğrunda fədakarlıqla çalışdığı məqsədlərdən biri də məhz bu idi.

 

Faşizm üzərində qələbədən 68 il ötür



Faşizm üzərində qələbədən 68 il ötür


Bu müharibədə Azərbaycandan 660 min nəfər iştirak edib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 68 il keçir. APA-nın verdiyi məlumata görə, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Bu gün qələbə günüdür

Bu gün qələbə günüdür 

Azərbaycan Prezidenti İlham Əliyev:

"Bir daha demək istəyirəm, məndə heç bir şübhə yoxdur ki, biz doğma torpaqlarımıza, o cümlədən Zəngilana da, Qarabağa da, Şuşaya da qayıdacağıq və Azərbaycan bayrağı bütün şəhərlərimizdə dalğalanacaq." 

Azərbaycan Prezidenti Heydər Əliyevin Böyük Vətən Müharibəsi Veteranları ilə görüşü

Azərbaycan Prezidenti Heydər Əliyevin Böyük Vətən Müharibəsində - İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 53-cü ildönümü münasibəti ilə təntənəli mərasimdə nitqi - 9 may 1998-ci il

 


Əziz və hörmətli veteranlar!
Mən sizi, Azərbaycan Respublikasının bütün müharibə veteranlarını alman faşizmi üzərində qələbənin 53-cü ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uzun ömür və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
XX əsrin ən dəhşətli səhifələri olan İkinci dünya müharibəsi və Böyük Vətən müharibəsi bizim üçün çoxlu qurbanlarla başa çatdı. Amma eyni zamanda, bu müharibə dünyada misli görünməmiş qələbə ilə başa çatdı və alman faşizminə qarşı müharibəyə qalxmış xalqlar, ordular 1945-ci ildə tarixi bir qələbə çaldılar. Zaman keçdikcə, illər ötdükcə bu qələbənin mənası, mahiyyəti və tarixi əhəmiyyəti daha da aydın olur, bütün dünya üçün daha da açılır.
Azərbaycan xalqı da İkinci dünya müharibəsində - Böyük Vətən müharibəsində qurbanlar vermişdir. Böyük Vətən rnüharibəsinə Azərbaycandan 600 minə qədər insan cəlb olunmuşdu. Onlardan 300 min Azərbaycan vətəndaşı müharibədə həlak olmuş, geriyə dönməmişdir. Azərbaycanın qəhrəman oğulları Böyük Vətən müharibəsində şücaət göstərmiş, xalqımızın qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişlər və alman faşizmi üzərində çalman qələbədə Azərbaycan xalqının da böyük payı vardır. Biz bu gün - Qələbə günü Böyük Vətən müharibəsində, alman faşizminin qarşısını almaq uğrunda gedən müharibədə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edirik.
Bu gün biz İkinci dünya müharibəsində həlak olmuş, alman faşizminə qarşı vuruşaraq həlak olmuş insanların hamısının xatirəsini yad edirik. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaqdır. Çünki bəşəriyyəti faşizmdən xilas etmək tarixi bir qəhrəmanlıq nümunəsidir. Biz bütün həlak olanların xatirəsini həmişə yad etmişik və yad edirik.
Biz bu gün Azərbaycanın qəhrəman oğlu general Həzi Aslanovun qəbrinin önündə toplaşmışıq. İki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun qəbri eyni zamanda Böyük Vətən müharibəsində həlak olmuş bütün Azərbaycan övladlarının, Azərbaycan vətəndaşlarının qəbirlərini təmsil edir. Biz qəhrəman general Həzi Aslanovun qəbrinin qarşısında, Böyük Vətən müharibəsində həlak olmuş bütün Azərbaycan övladlarının qəbirləri qarşısında, mübarizlərin xatirəsi qarşısında dərin minnətdarlıq hissi ilə baş əyirik. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaqdır. Onların qəhrəman simaları bizim qəlbimizdə daim yaşayacaqdır.
Qələbə günündən 53 il keçibdir. Biz xoşbəxtik ki, bu 53 ili o dəhşətli müharibənin sona çatmasından indiyə qədər yaşamışıq və Azərbaycan xalqı bu illərdə böyük imtahanlardan keçərək nəhayət, öz milli azadlığına, dövlət müstəqilliyinə nail olubdur, indi öz taleyinin sahibidir. Bu gün bizi ən çox sevindirən cəhətlərdən biri də odur ki, Böyük Vətən müharibəsində, İkinci dünya müharibəsində qələbə üçün vuruşanların, döyüşənlərin böyük bir dəstəsi indi də bizim sıralarımızdadır. Onlar yaşayırlar, müstəqil Azərbaycanın həyatında, dövlət quruculuğu prosesində, respublikamızda həyata keçirilən müxtəlif proseslərdə fəal iştirak edirlər.
Əziz bacılar, qardaşlar!
Bu gün buraya - bu müqəddəs yerə toplaşan müharibə veteranları, sizlər Azərbaycan xalqının ən mötəbər insanlarısınız, ən hörmətli insanlarısınız. Sizi cəmiyyətimiz, xalqımız həmişə yüksək qiymətləndirib və bu gün də yüksək qiymətləndirəcəkdir. Sizin Böyük Vətən müharibəsindəki rəşadətiniz, şücaətiniz və qələbənin çalınmasındakı xidmətləriniz bütün Azərbaycan xalqının milli, mənəvi sərvətidir.
Əziz bacılar, qardaşlar!
Siz Böyük Vətən müharibəsinin cəbhələrində, döyüşlərdə iştirakınızla, göstərdiyiniz qəhrəmanlıqla, şücaətlə Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya sübut etmisiniz. Siz Azərbaycan xalqının hörmətini ucalara qaldırmısınız. Siz Azərbaycan xalqını dünyaya tanıtmısınız. Sizin döşünüzdəki dövlət ordenləri, medalları, nişanları mənim dediyim bu sözlərə əyani sübutdur. İndi Müstəqil Azərbaycan Respublikasında Böyük Vətən müharibəsinin, İkinci dünya müharibəsinin veteranlarına xüsusi qayğı göstərilir və bundan sonra da göstəriləcəkdir. Siz əmin ola bilərsiniz ki, Azərbaycanın dövləti, Azərbaycanın prezidenti sizin probleminizlə daim məşğul olur və bundan sonra da məşğul olacaqlar. Biz həyatın bu çətin, ağır dövründə bütün imkanlarımızdan istifadə edərək Böyük Vətən müharibəsinin veteranlarına lazımi qayğılar göstərmişik və göstərəcəyik də. Mən bu gün bir daha bəyan edirəm ki, bizim üçün İkinci dünya müharibəsində, faşizmə qarşı aparılan Böyük Vətən müharibəsində iştirak etmiş hər bir şəxs yüksək hörmətə malikdir. Bizim cəmiyyətdə sizin xüsusi yeriniz vardır. Biz heç vaxt sizin xidmətlərinizi unutmayacağıq.
Azərbaycanda ictimai-siyasi vəziyyət dəyişəndən sonra, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra Böyük Vətən müharibəsinin veteranlarına və ümumiyyətlə, ikinci Dünya müharibəsinin qəhrəmanlarına müəyyən bir dövrdə nümayiş etdirilən etinasızlıq və bəzən də hörmətsizlik halları indi aradan götürülübdür. O insanlar ki, müvəqqəti olaraq Azərbaycanda hakimiyyətə gəlmişdilər və Azərbaycanın keçmiş tarixinin hamısını inkar etməyə çalışırdılar, o cümlədən yüz minlərlə Azərbaycan övladlarının Böyük Vətən müharibəsində, İkinci dünya müharibəsində, faşizmə qarşı müharibədə tökülən qanını, aldıqları yaraları, verilən qurbanları unutdurmağa çalışırdılar və onlara qarşı hörmətsizlik edirdilər, - artıq bunların hamısı aradan götürülübdür. Sadəcə olaraq, bunlar o dövrün ayrı-ayrı adamları tərəfindən xalqa qarşı hörmətsizlik və deyə bilərəm ki, vəfasızlıqdır.
Siz bilin, bu gün də, müstəqil Azərbaycanın gələcək nəsilləri də sizləri sevəcək, həmişə sizlərə hörmət edib və edəcəklər. Siz bu gün Azərbaycanın həyatında fəal iştirak edirsiniz, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində öz təcrübənizi, biliklərinizi əsirgəmirsiniz. Mən bütün bunlara görə sizə təşəkkür edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, siz, müharibə veteranları Azərbaycanın hörmətli, ağsaqqal insanları bundan sonra da müstəqil Azərbaycanın dövlətçiliyinin qorunmasında, dövlətçiliyin inkişaf etdirilməsində fəal iştirak edəcəksiniz və öz xidmətlərinizi göstərəcəksiniz.
Mən sizə öz hörmət və ehtiramımı bildirirəm. Sizin hamınıza keçmiş xidmətlərinizə görə, Böyük Vətən müharibəsində göstərdiyiniz qəhrəmanlıq nümunələrinə görə, tökdüyünüz qanlara görə bütün Azərbaycan xalqı, dövləti adından təşəkkür edirəm. Sizə bir daha cansağlığı, uzun ömür arzu edirəm. Həyatınızda, gələcək işlərinizdə sizə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun! Qələbə günü mübarək olsun!
Sağ olun.

среда, 1 мая 2013 г.

Ümummilli Lider Heydər Əliyev

Ümummilli Lider Heydər Əliyev


Dünya miqyaslı siyasətçi
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Buna Allahdan lider deyirlər. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.
Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.
Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara – zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi.
Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi.
Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.
Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətraflardakıları heyrətləndirmiş, siyasət aləminin patriarxı adını qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar. Onun siyasətinin gücü nədə idi?!
- Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbirliliyində, nəzəriyyəyə istinad etməsində və praktik həyatdan baş çıxarmasında – bir sözlə, fenomenal şəxsi keyfiyyətlərində idi. Bu dahi siyasətçi zərgər dəqiqliyi ilə, ölçülüb-biçilmiş qərarlar qəbul edirdi. Onun fəaliyyəti haqsız yerə “təftiş” ediləndə belə irad tutulması, “nöqsan deyiləsi” olan bir fakt belə tapa bilməmişlər. Yarım əsrlik siyasi fəaliyyətin qızıl qaydası çoxları üçün təəccüblü idi. Təəccüb və möcüzələr, başqalarını şok vəziyyətinə salan faktlar yüzlərlədir. Elə bu keyfiyyətlər onu başqalarından fərqləndirirdi.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərbə inteqrasiya yolunu tutdu. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.
Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı zərgər dəqiqliyi ilə bacarırdı. Ulu öndər qeyd edirdi ki, “biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun”.
Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu. Xalqımızın və dövlətimizin elə bir problemi olmamışdır ki, həmin problemləri kimsə Heydər Əliyev yüksəkliyində dərk etmiş olsun. O, hər hansı problemə həsr olunmuş yığıncaqda məsələyə dərindən bələdliyi, verdiyi suallar, qaldırdığı problem məsələlərlə həmin sahənin mütəxəssislərini belə heyrətləndirirdi. Çünki o, istər sənaye, istər kənd təsərrüfatı, istərsə də elm, maarif, mədəniyyət ilə bağlı məsələlərin müzakirəsində bütün iştirakçıları həmin sahənin əvəzedilməz bilicisi kimi idarə edirdi. Onun kimi təsərrüfatı təsərrüfatçıdan, tariximizi tarixçidən, incəsənətimizi sənətşünasdan, iqtisadiyyatı iqtisadçıdan yaxşı bilən, onun problemlərini həll etməyə istiqamətləndirən ikinci adam tapmaq mümkün deyil.
Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirir və onun ağıllı siyasətini birmənalı olaraq qəbul edirdilər. Elə bu cəhətlərinə görədir ki, xalqımız onu əsrin böyük Azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi qəbul edir, hörmət bəsləyir və ürəkdən sevirdi.
Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bu özü xalqımız üçün böyük şərəfdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən ümummilli lideri olmuşdur.
Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Azərbaycan coğrafi cəhətdən kiçik ölkə olsa da, Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə heç vaxt mane olmayıb. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi. Təkcə belə bir faktı göstərmək kifayətdir ki, hələ on ildən artıq bundan əvvəl Brazilyanın “Planetin səsi” qəzeti doqquz dövlətin jurnalistlərinə “dünyanın hansı üç super siyasətçisinin adını çəkə bilərsiniz” sualını vermiş və altı dövlətin jurnalistləri birinci olaraq ümummilli lider Heydər Əliyevin adını çəkmişdir.
Ulu öndərimizin bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır. Dünya siyasətçiləri, beynəlxalq içtimaiyyət və xalqımız bu dahi insanı Heydər Əliyev olduğuna görə deyil, vətən və dövlət qarşısında gördüyü böyük işlərə, dünyada təhlükəsizliyin qorunmasına, düzgün və pozitiv inkişafa çalışdığına, siyasi və ictimai fəaliyyətinə görə qiymətləndirmişdir. Bu səbəbdəndir ki, dünyanın ən görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, tanınmış elm və mədəniyyət nümayəndələri Heydər Əliyev şəxsiyyətini yüksək qiymətləndirmiş, ondan çox şey öyrəndiklərini bildirmişlər. Onun haqqında deyilən söz, verilən qiymət bu gün də, sabah da lazımdır, bunlar tariximizin yaddaşına köçürülməlidir.
Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Onun ağıllı və uzaqgörən siyasətində hər şeyin öz yeri və vaxtı var idi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, qətiyyətli rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. İnanmaq çətindir ki, dünyada xalqa bu qədər yaxın ikinci bir siyasətçi olar. Siyasətçi üçün lazım olan keyfiyyətlərlə yanaşı, onda idarəetmə keyfiyyətləri, dövlətçilik təcrübəsi ən yüksək səviyyədə idi. Elə bunlar idi onun siyasətinin ucalığı, aliliyi, uzaqgörənliyi və heyrətamizliyi.
Heydər Əliyev siyasəti bütün dünyanı ehtiva edə bilir, düzgün istiqamətə yönəldirdi. Heydər Əliyevin beynəlxalq Atatürk sülh mükafatına layiq görülməsi onun dünyada apardığı sülh siyasətinə verilən qiymət idi. O, dünyanın bütün ölkələri və onların rəhbərləri ilə, hətta məkrli düşmənlərimizlə də “sülh dili” ilə nəinki danışmağı bacarırdı, onlara da bunu aşılaya bilirdi. Ulu öndərimizin ən ali insani keyfiyyətləri, fenomen xarakteri, insanlarla dil tapmaq bacarığı, hərəni öz dilində danışdırmaq məharəti onu tanıyanların sevimlisinə çevirirdi. Hər dövlət xadiminə xas olmayan üstünlüklər ulu Tanrının Heydər Əliyevə verdiyi ən ali keyfiyyətlər idi. Görəsən, bəşəriyyət belə nəcib, yüksək intellekti ilə seçilən dövlət xadimləri, siyasət nəhəngləri ilə çoxmu qarşılaşıb?! Təəssüf ki, buna heç də çox rast gəlinməyib. Heydər Əliyev kimi dövlət və siyasət adamları bəşəriyyətin, insanların xeyrinə, sülhün və əmin-amanlığın təmin edilməsinə yetərincə pay vermişlər.
Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. O, Azərbaycan tarixində bəlkə də yeganə siyasət adamıdır ki, onun fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli problemlərin aradan qaldırılmasına xidmət edir. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı, heyrətamiz enerjisi… – bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətləri idi.
Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu öndərin nitq və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi. O, məsələnin mahiyyətini açmağa, mövzunun milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyə xidmət edən məsələni ustalıqla göstərməyi bacarırdı.
Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər əhəmiyyətlidirsə, rəvan nitqə, yüksək intellektə, təhlil etmək bacarığına yiyələnmək də bir o qədər vacibdir. Bu cəhətdən Heydər Əliyevə uyğun gələn siyasətçi çox azdır. Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. “Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan əl çəkmir” – deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər. Ona görə də bir sıra hallarda Heydər Əliyevi “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı”… kimi xarakterizə edirlər. Qüdrətli dövlət xadimi siyasət aləminin müəllimi idi. Onun müəllimliyindən çoxlarına pay düşmüşdür.
Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bu, on illərllə formalaşmış fikirdir, özü də doğru və düzgün fikirdir. Ölkəmizin fəxri, mili iftixarımız və liderimiz olan Heydər Əliyev bütün problemlərin həll olunmasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Çünki o, bir neçə on il bundan sonra görəcək işləri bu gün həyata keçirməyi bacaran nadir keyfiyyətlərə malik uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi idi. Onun siyasəti ölçülüb-biçilmiş, gələcəyə ünvanlanmış siyasət idi.
Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar. Müasirləri onun gördüyü işləri hələ layiqincə dəyərləndirməyiblər: onun yer üzünə nə üçün gəldiyini və kim tərəfindən göndərildiyini tam dərk edə bilmək üçün hələ olduqca az vaxt keçib. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.