Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.
Показаны сообщения с ярлыком «ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİ DÜŞÜNƏRKƏN». Показать все сообщения
Показаны сообщения с ярлыком «ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİ DÜŞÜNƏRKƏN». Показать все сообщения

среда, 20 февраля 2013 г.

«ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİ DÜŞÜNƏRKƏN»

«ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİ DÜŞÜNƏRKƏN»

  Ş.Qurbanov adına şəhər 8 nömrəli orta məktəbin XI sinif şagirdi Humay Məhərrəmova  Azərbaycanın Təhsil Nazirliyi tərəfindən gerçəkləşdirilən «Heydər Əliyev məktəblilərin gözü ilə» respublika inşa  yazı müsabiqəsinin  nəticələrinə görə IV dərəcəli  diploma layiq görülmüşdür.

 Aşağıda Humay Məhərrəmovanın inşa yazısını ixtisarla oxucularımıza təqdim edirik.

 Sevimli həmvətənlərim! Hər bir azərbaycanlı kimi mənim də qəlbimdə uca və möhtəşəm bir məhəbbət yaşayır. Heydər Əliyev məhəbbəti. Odur ki, qadir Allahdan bir diləyim var. Mənə qüdrət versin. Elə bir qüdrət ki, bənzərsiz həyat yaşamış, xalqımın tarix kitabının qızıl səhifələrini yazmış ulu öndər, dahi Heydər Əliyevə olan ülvi məhəbbətimi, hüdudsuz sevgilərimi ifadə edə bilim. Axı adi bir məktəbli üçün ürəyinin dərinliklərində coşub-çağlayan duyğulardan söz açmaq o qədər də asan deyil.

Xalqı zirvələrə qaldırmaq üçün,

Sevgi şahlığının taxtına çıxdın.

Oğul xalq üçündür, zirvə dağ üçün,

Nə yaxşı bu xalqın baxtına çıxdın.

 Bəli, bu, şirin bir həqiqətdir. Heydər Əliyev Azərbaycan xalqının mənəvi sərvəti, bəxtinə düşmüş Tanrı payıdır! Nadir, təkrarsız şəxsiyyət, millətinin və məmləkətinin yeni tarixinin memarı, böyük düha, güclü və müstəqil Azərbaycanın, dünyanın sayğı göstərdiyi, istiqlalı dönməz, gündən-günə qüdrətlənən çağdaş Azərbaycanın qurucusur.

 Əziz oxucum! Heydər Əliyev tarixi yaradan idi, tarixin özü idi. Tarix isə yalnız böyük dühaların parlaq əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünyanın tarix kitabına Şəmsəddin Eldəniz, Cavanşir, Babək, Qızıl Arslan, Şah İsmayıl Xətai kimi qüdrətli şəxsiyyətlərin adını qızıl hərflərlə yazmışdır.

 XX yüzillikdə xalqın daha bir dahisi yetişdi-Heydər Əliyev. Atatürk, Vaşinqton, Nehru kimi  Heydər Əliyev də dünyanın nadir simaları arasında layiqli yer tutdu. O, dünya tarixinin azərbaycanlı Dahisi  oldu.

 Aqillərdən biri demişdir: «Elə yaşa ki, öləndən sonra da ölməyəsən». Ölməzlik, həmişəyaşarlıq isə ancaq dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də məhz belə xoşbəxtlərdəndir. Bənövşə ətirli bir bahar günündə dünyaya göz açan bu bahar oğlu xalqına əbədi bahar gətirmiş,