Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.
Показаны сообщения с ярлыком Zəlimxan Yaqub. Показать все сообщения
Показаны сообщения с ярлыком Zəlimxan Yaqub. Показать все сообщения

вторник, 19 февраля 2013 г.

O, həyatı sevirdi

Zəlimxan Yaqub
 
O, həyatı sevirdi



Kəskin zəka, iti göz,
                  ayıq baş, aydın fikir,
Siyasət dünyasında
                  sağlam toxumlar əkir:
Baxışlarda sual var,
Alimdi, yoxsa rəssam,
                  şairdi, yoxsa memar?
Memar ilə danışır
                  kərpiclə daş dilində,
Heykəl ilə danışır
                  heykəltəraş dilində
Nəğməni dilləndirir
                  şux nəğməkar dilində,
Zirvəylə qar dilində,
                  budaqla bar dilində.
Muğamlara baş vurur,
                  görəndə xanəndəni,
Allah belə yaradır
                  çox sevdiyi bəndəni.
Açılardı dilində
                  elmin dərin qatları,
Göylərə baş vurardı
                  fikrinin qanadları.
Torpaqla danışardı
                  sarı sünbül dilində,
Çəmənlə danışardı
                  çiçəklə gül dilində,
İnsanla danışardı
                  sevən könül dilində,

Allahı – qurmaq eşqi,
                  tanrısı – zəhmət idi,
Təpədən dırnağadək
                  sevgi, məhəbbət idi.
Yaratdıqca hər anı,
                  hər saatı sevirdi,
Həyat onu sevirdi,
                  o, həyatı sevirdi.

Tanrı ona verəndə
                  odlu nəfəs də verdi,
Sarayları titrədən
                  gur, məğrur səs də verdi.
Qanadlanan bir ilham,
                  coşan həvəs də verdi,
Qılıncdan kəskin olan
                  ən iti söz də verdi,
Yüz il, min il sonranı
                  görməyə göz də verdi.
Baxışına qəzəbdən
                  çaxan şimşək də verdi,
Dünyanı dünya boyda
                  duyan ürək də verdi,
Həyatın yaddaşından
                  silinməz iz də verdi,
Qatlanmaz bir bilək də,
                  bükülməz diz də verdi.
Xırda fikirlərə yad,
Böyük işlərə ustad,
                  ulu niyyət verdi.
Oddan-sudan qorxmayan
                  bir qətiyyət də verdi.
“Yarat!” dedi,
         “Yaz!” dedi,
                  “Ucalt!” dedi,
                            “Qur!” dedi,
Hər işinə ilahi
                  ürəkdən uğur dedi.

Susmaq, durmaq, dayanmaq
                  varlığına yad oldu,
Ən müqəddəs duyğular
                  ona qol-qanad oldu.
Bir yurdu-yuvanı yox,
Bir ovuc havanı yox,
Yeri, göyü, varlığı
                  kainatı sevirdi,
                  o. həyatı sevirdi.


Bir ömürdə bu insan
                  görün nələr yaratdı,
Həqiqətə sığmayan,
                  əfsanələr yaratdı,
Bulaq çəkdi “İç!” dedi,
         Körpü saldı “Keç!” dedi,
                  Qanad verdi “Uç!” dedi.
“Mən çəkdiyim bulaqdan
                  içməyi bacarmasan,
Mən saldığım körpüdən
                  keçməyi bacarmasan,
Mən verdiyim qanadla
                  uçmağı bacarmasan,
Daha məndən incimə
özündədi suç”, dedi.
Tanrı kimi tapındı
                  mənalı ömürlərə,
Mənasız keçən ömrə
                  yalan dedi, puç, dedi.
Ağac əkdi barını
                  şirin-şirin dər, dedi,
Şəhər saldı, bu işdə
                  gücünü göstər, dedi,
Sinəsi sipər oldu,
                  kirpiyi çəpər oldu,
Qanında qeyrət, hünər,
                  canında təpər oldu.
Yer üzündə şöhrəti
                  o qədər yüksəldi ki,
Göy üzündə mələklər
                  alnından öpər oldu.
Torpağın qucağında
                  qurmağı, yaratmağı,