|
Mədəniyyət
hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas
atributlarından biridir. Azərbaycan Respublikası müstəqillik əldə
etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsinə də böyük
işlər görülmüşdür. Hazırda müstəqillik və demokratiya yolunda inamla
irəlilədiyimiz bir vaxtda cəmiyyət həyatında insanların potensial
qüvvələrinin, fərdi qabiliyyətinin işə salınması həyati tələbata
çevrilmişdir. Mədəni həyatın demokratikləşdirilməsi, gənclərin,
yeniyetmələrin, əmək qabilliyətli insanların bu prosesdə yaxından
iştirakı, əhalinin mədəni həyat səviyyəsinin daha da gücləndirilməsi
yolunda böyük addımlar atılmışdır. Mədəni irsimizin qorunub
saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya
miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin
əvəzsiz xidmətləri var. Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və
bir çox başqa sahələrdəki inkişaf və tərəqqi ilk əvvəl Azərbaycan
dövlətinin, onun rəhbəri Heydər Əliyevin diqqət və qayğısının
nəticəsində mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin
milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi
həyatında əsaslı yüksəlişə səbəb olmuşdur. Qədim zəngin baddi və
mənəvi mədəniyyətə malik xalqımız məhz ümummilli liderimiz Heydər
Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi,
keçmişi ilə fəxr edə bilər. Ulu öndər Azərbaycan mədəniyyətinin və
mənəviyyatının himayədarı idi. Həyatımızın bütün sahələrində unudulmaz
liderimizin elə qüdrətli və əzəmətli yadigarları var ki, zaman ötdükcə
dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz
xidmətləri qarşısında heyrətimizi, məhəbbətimizi bildirməyi özümüzə borc
bilirik. Tarixi və mədəni hadisələrin məsafə uzaqlığında
Azərbaycanın taleyində H.Əliyevin xidmətləri daha parlaq, daha aydın
görünməkdədir. ”Heydər Əliyev Azərbaycanı azərbaycanlılara qaytardı”
fikrinin bir şaxəsi də məhz mədəniyyətlə bağlıdır. Həyat təsdiqlədi ki,
Azərbaycan mədəniyyətinin Heydər Əliyev qədər əsl himayədarı, böyük
qayğıkeşi olmayıb. Ötən əsrın sonlarında cəmiyyətdə baş verən aşınmalar
yaddaşlardan silinməyib. Dağılan təkcə iqtisadiyyat deyildi. Mənəvi
potensialımız da sıradan çıxmışdı. Məhz Heydər Əliyevin zəkasının
işığında sahmanı pozulmuş həyatımızın bütün sahələrində oldüğu kimi,
mədəniyyətimizdə də nizamlanma aparıldı. Heydər Əliyev mədəniyyətə
sadəcə qayğı göstərməklə kifayətlənmirdi. İstənilən musiqi əsəri,
incəsənət xadiminin yaradıcılığı haqqında elə dəqiq fikirlər söyləyirdi,
təhlillər edirdi ki, sənətşünaslar həsəd aparırdılar. Heydər Əliyev hər
bir sənət sahibi ilə məhz o
sənətin mahir bilicisi kimi söhbət edirdi. Heydər
Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi
mənasında, yüksəliş dövrü keçdi. Azərbaycan incəsənətinin inkişafına
nail olmaq üçün Heydər Əliyev görkəmli bəstəkarların, rəssamların, kino
və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə
böyük əhəmiyyət verirdi. Ümummilli liderimizin sözləridir: “Görkəmli
şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını,
dünyaya nümayiş etdirirlər”. Heydər Əliyev mədəniyyətin ictimai
həyatda rolunu, mahiyyətini həmişə dəyərləndirir, mədəniyyət
xadimlərini, musiqiçiləri yeni yaradıcılıq axtarışlarına ruhlandırmaq
üçün onların əməyini yüksək qiymətləndirirdi. Heydər Əliyevin
unudulmaz xidmətlərindən biri də budur ki, müdrik insan müasir musiqinin
yeni janrlarının yaradılması ilə bərabər, milli musiqimizin də
unudulmamasına çalışırdı. Xüsusilə də Üzeyir Hacıbəyovun, Müslüm
Maqomayevin əsərlərinin gənc nəsil tərəfindən öyrənilməsinə, tamaşaya
qoyulmasına çox diqqət göstərirdi. Ümummilli liderin Üzeyir Hacıbəyov
sənətinin ictimai əhəmiyyətini açıqlayan müdrik fikirlərindən: “Əgər
nəzərə alsaq ki, əsrimizin əvvəllərində xalqımızın əksəriyyəti savadsız
idi, kitab oxuya bilmirdi və kitablar da az idi, kino, televiziya və
başqa vasitələr yox idi, təsəvvür edin, Ü.Hacıbəyov öz operası
vasitəsilə M.Füzulinin sözlərini “Arşım mal alan”, “O olmasın bu olsun”
və başqa operettaları vasitəsilə istədiyi fikirləri insanlara
çatdırmaqla xalqımızın mənəvi və mədəni inkişafında nə qədər böyük
xidmətlər göstəribdir ”. Bu gün Azərbaycanda onlarla sənət
adamının-yazıçıların, şairlərin, musiqiçilərin, rəssamların, memarların
ev muzeyləri fəaliyyət göstərir. Azərbaycanda ev muzeylərinin
yaradılmasının təşəbbüskarı da məhz Heydər Əliyevdir. Müdrik
şəxsiyyət həmişə milli mədəniyyətə, onun tarixi qaynaqlarına diqqətlə
yanaşırdı. Bu səbəbdən də Azərbaycan mədəniyyətinin son illərdəki tarixi
inkişaf yolu məhz Heydər Əliyevin himayəsi və nəzarəti altında davam
etmişdir. Ümummilli liderin həmişə söylədiyi-“yüksək mədəniyyətə
malik olan xalq həmişə inkişaf edəcək”- fikri hamının dilinin əzbəri və
əməli fəaliyyətinin əsas xətti olmuşdur. 1994-cü ildə Heydər Əliyevin
sərəncamı ilə böyük Azərbaycan şairi M.Füzulinin 500 illik yubileyi
təntənə ilə qeyd edildi. Böyük Azərbaycan şairinin qardaş Türkiyədə
yubiley şənlikləri keçirildi. Musiqi ayrı-ayrı xalqlara məxsus olsa
da insanları birləşdirən ən yaxşı vasitədir. Bu səbəbdən də müxtəlif
xalqlar arasında mədəni körpülər salmaq çox vacibdir. Ümumilli
liderimiz öz çıxışlarının birində demişdir: “Mahnı, musiqi qədər,
incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır.
İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu
heç bir vasitə oynaya bilməz.” Heydər Əliyevin bir amalı vardı:
“Qazanılan gəlir birinci növbədə mədəniyyətə sərf olunmalıdır. Çünki
mədəniyyət hər şeydən üstündür.” Unudulmaz rəhbərimiz mədəniyyət
işçilərinə maddi və mənəvi yardım göstərməklə kifayətlənmirdi. Ulu öndər
həm də yeni, gözəl, mükəmməl əsərlərin ərsəyə gəlməsi üçün şərait
yaradırdı, müzakirələr aparırdı. Tarixin vərəqlərini çevirdikcə çox
hadisələr yada düşür. 1937-ci ilin repressiyaları həm millətin istedadlı
insanlarının sinəsinə tuşlanmışdı, həm də maddi mədəniyyət abidələri
yerlə-yeksan edilmişdi. Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana
gətirilməsi, doğulduğu doğma Naxçıvanda torpağa tapşırılması və
müqəddəs Cavidin ruhuna hörmət olaraq məqbərənin ucaldılması, eləcə də
Bakıda bu böyük şairin adına ev muzeyinin açılması məhz Heydər Əliyevin
misilsiz xidmətidir. Unudulmaz Heydər Əliyevin Azərbaycan
mədəniyyətinə göstərdiyi qayğı və diqqət heç vaxt yaddan çıxan deyil.
Belə bir fikir var ki, millət şəxsiyyətini yetişdirir, şəxsiyyət də öz
millətini dünyaya tanıdır. Müasir Azərbaycanın memarı olan Heydər
Əliyev ümummilli lider və millət qəhrəmanı kimi tarixin şərəfli taxtına
ucalıb. Ulu öndərin milli mədəniyyətə, mənəviyyata göstərdiyi münasibət
və mövqe hər birimiz üçün böyük məktəbdir. Xalqı tarixdə yaşadan onun
yetirdiyi böyük şəxsiyyətlərdir. Xalqımızın böyük oğlu, ulu öndər, türk
dünyasının fəxri, ümummilli liderimiz H.Əliyev məhz belə nəhəng
simalardandır. Mənalı ömrünü Azərbaycan dövlətinin
möhkəmləndirilməsinə, inkişafına, zənginləşdirilməsinə, gənclərin fiziki
və mənəvi tərbiyəsinə həsr edən Heydər Əliyev ölkəmizin bütün
sahələrində qazandığı nailiyyətlərin ilhamçısı və təşkilatçısı olmuşdur.
Onun hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni era başlanmışdır. Böyük
siyasi şəxsiyyət Heydər Əliyev xalqımızın bütün enerjisini özündə
təcəssüm etdirən dahi idi. Xalqın müdrikliyinə inandığı Heydər Əliyev
qətiyyət, cəsarət, iradə, uşaqlara, gənclərə qayğı ilə yanaşmağın parlaq
nümunəsi olmuşdur. “Mənim həyatımın məqsədi Azərbaycandır,
Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan
vətəndaşıdır. Əgər buna nail ola bilsəm ən xoşbəxt adam kimi həyatımı
başa çatdıracağam”- deyən Heydər Əliyevin dövlətçilik fəaliyyətinin
əsası budur. Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğunun, ilk Konstitusiyasının, Avropa Şurasının tamhüquqlu üzv
qəbul olunmasının təşkilatçısı Heydər Əliyevdir.
|
Комментариев нет:
Отправить комментарий