вторник, 31 декабря 2013 г.
вторник, 24 декабря 2013 г.
Azərbaycan Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə ürəkdən təbrik edirik!
Hər bir azərbaycanlı kimi azad ölkəmizin Ali Baş Komandanı Azərbaycan Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə ürəkdən təbrik edirik!
Dünya liderləri Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik ediblər
Dövlət başçıları İlham Əliyevə ən xoş təbriklərini yetiriblər, cansağlığı, səadət, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıblar.
среда, 18 декабря 2013 г.
İlham Əliyev “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimdə iştirak etmişdir
17 dekabr 2013
İlham Əliyev “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimdə iştirak etmişdir
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları mərasimdə iştirak etmişlər.
“Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.
1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci
mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac
edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub”
qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər
həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.

Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.
Qeyd edək ki, "Şahdəniz"in işlənməsi üzrə konsorsium iyun ayının sonunda qazın Avropa bazarlarına tədarükü üzrə marşrut qismində Trans-Adriatik boru kəmərini (TAP) seçib. TAP boru kəmərinin ilkin gücü ildə 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr təşkil edəcək. Qazın Türkiyə ərazisi ilə nəqli üçün Trans-Anadolu qaz kəməri (TANAP) tikiləcək ki, bu da tədarükü Avropa sərhədlərinədək təmin etməyə imkan verəcək.
XXI ƏSRİN MÜQAVİLƏSİ
среда, 20 ноября 2013 г.
Heç kim unudulmur , heç nə yaddan çıxmır!
Heç kim unudulmur , heç nə yaddan çıxmır!
20 noyabr Qarakənd üzərindəki vertolyot faciəsi
Qarakənd üzərindəki vertolyot faciəsi
Mİ-8 xüsusi silahla vurulub
1991-ci il noyabrın 20-də Mİ-8 N72 hərbi vertolyotunda həlak olanları bir daha xatırladırıq:
- Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
- Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
- İqor Aleksandiroviç Plaviski – QMB-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov – QMB-nin Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini
- Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
- Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev – telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
- Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü
Qarakənd istiqamətində uçan vertolyota Qurban Namazəliyev, Tofiq
İsmayılov, Sanlal Serikov, Rafiq Məmmədov, Vəli Məmmədov, Məhəmməd
Əsədov, Zülfi Hacıyev
Allah rəhmət eləsin!
22 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb.Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.
İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib.
Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilib.
Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi helikopterdə həlak olanların dəfn mərasimi. Foto Xalid Əsgərov
воскресенье, 17 ноября 2013 г.
17 Noyabr. Bu gün Azərbaycanın Milli Dirçəliş Günüdür!
17 Noyabr - Azərbaycan Respublikasının Milli Dirçəliş Günü

1988-ci
il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin
Dağlıq Qarabağ separatçılarına dolayı dəstək verməsi, Azərbaycan
hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə
Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları
ümummilli mitinqlərlə nəticələndi. Milyonlarla insane o vaxtkı Lenin,
indiki Azadlıq meydanına yığışaraq Moskvanın anti-Azərbaycan siyasətinə
qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları
tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq
hərəkatının qarşısı ala bilmədi.
1989-cu ilin yayında
Azərbaycan Xalq Cəbhəsi təsis edildi. Elə həmin ilin sentyabrında Ali
Sovetin Azərbaycanın suverenliyi haqqında Kanustitusiya Aktını qəbul
etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin yanvarında Bakıya
qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu
silahdan istifadə edildi. Yüzəlrəl aksiya iştirakçıları və dinc sakin
vəzşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qrürurunu
sındarı bilmədi. Əksinə bu, hadisələri daha da sürətləndirdi. 1990-cı il
seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı
mandatını qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar.
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa
edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi.
Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqnlliyinə real
təholükə olan SSRİ qoşunları Azərbaycandan çıxarlıdı.
1992-ci
ilin 17 noyabrından Azərbaycanın Milli Dirçəliş Günü kimi qeyd edilən
bu tarixin son birneçə ildə unudulması üçün daha çox işlər göürlür,
nəinki onun təbliği və tədrisi istiqamətində. Azərbaycan tarxinin şanlı
səhifəsi olan bu tarix Azərbaycanın tarix kitabldarından çıxarılıb,
qeyri-rəsmi də olsa təhsil müəsisələrində tədrisi və öyrənilməsi qadağan
edilib. Milli Dirçəliş Gününün dövlət səviyyəsində bayram kimi qeyd
edilməsinə icazə verilmir.
23 il bundan əvvəl, 1988-ci
ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və
Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o vaxtkı Lenin, indiki
Azadlıq meydanında toplaşdı. Bu gün Azərbaycanda milli-azadlıq
hərəkatının başlanğıcı kimi də qiymətləndirilir. Həmin gün 68 il
azadlığın nə olduğunu bilməyən bir millətin "olum, ya ölüm" savaşı
başladı. SSRİ-nin tezliklə məhvə məhkumluğu məhz həmin gün daha aydın
göründü.
Rəsmi Moskvanın, ermənilərin Dağlıq Qarabağa
iddiasına loyal münasibəti və qərəzli mövqeyi, millətə tarixini öz
gücünə dəyişmək istəyini aşılamışdı. Yüz minlərlə insanın Azadlıq
meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk
günləri göstərdi ki, Azərbaycanda, hələ SSRİ-nin heç bir yerində rast
gəlinməyən mübarizə başlayır.
Bunları görən rəsmi Moskva
İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi.
SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun
qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə
keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir
qismi həbs edildi. O zaman hərəkat parçalansa da, millət öz arzusuna
çatdı - 1988-ci il, noyabrın 17-dən başlayan meydan hərəkatı azad
Azərbaycanın təməlini qoydu.
Bayramınız mübarək.!
вторник, 12 ноября 2013 г.
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Müstəqil
Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş
referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın
27-dən qüvvəyə minib. Artıq 18 ildir, Azərbaycan noyabrın 12-ni
Konstitusiya Günü kimi qeyd edir.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.
Подписаться на:
Сообщения (Atom)