1988-ci
il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin
Dağlıq Qarabağ separatçılarına dolayı dəstək verməsi, Azərbaycan
hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə
Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları
ümummilli mitinqlərlə nəticələndi. Milyonlarla insane o vaxtkı Lenin,
indiki Azadlıq meydanına yığışaraq Moskvanın anti-Azərbaycan siyasətinə
qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları
tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq
hərəkatının qarşısı ala bilmədi.
1989-cu ilin yayında
Azərbaycan Xalq Cəbhəsi təsis edildi. Elə həmin ilin sentyabrında Ali
Sovetin Azərbaycanın suverenliyi haqqında Kanustitusiya Aktını qəbul
etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin yanvarında Bakıya
qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu
silahdan istifadə edildi. Yüzəlrəl aksiya iştirakçıları və dinc sakin
vəzşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qrürurunu
sındarı bilmədi. Əksinə bu, hadisələri daha da sürətləndirdi. 1990-cı il
seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı
mandatını qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar.
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa
edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi.
Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqnlliyinə real
təholükə olan SSRİ qoşunları Azərbaycandan çıxarlıdı.
1992-ci
ilin 17 noyabrından Azərbaycanın Milli Dirçəliş Günü kimi qeyd edilən
bu tarixin son birneçə ildə unudulması üçün daha çox işlər göürlür,
nəinki onun təbliği və tədrisi istiqamətində. Azərbaycan tarxinin şanlı
səhifəsi olan bu tarix Azərbaycanın tarix kitabldarından çıxarılıb,
qeyri-rəsmi də olsa təhsil müəsisələrində tədrisi və öyrənilməsi qadağan
edilib. Milli Dirçəliş Gününün dövlət səviyyəsində bayram kimi qeyd
edilməsinə icazə verilmir.
23 il bundan əvvəl, 1988-ci
ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və
Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o vaxtkı Lenin, indiki
Azadlıq meydanında toplaşdı. Bu gün Azərbaycanda milli-azadlıq
hərəkatının başlanğıcı kimi də qiymətləndirilir. Həmin gün 68 il
azadlığın nə olduğunu bilməyən bir millətin "olum, ya ölüm" savaşı
başladı. SSRİ-nin tezliklə məhvə məhkumluğu məhz həmin gün daha aydın
göründü.
Rəsmi Moskvanın, ermənilərin Dağlıq Qarabağa
iddiasına loyal münasibəti və qərəzli mövqeyi, millətə tarixini öz
gücünə dəyişmək istəyini aşılamışdı. Yüz minlərlə insanın Azadlıq
meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk
günləri göstərdi ki, Azərbaycanda, hələ SSRİ-nin heç bir yerində rast
gəlinməyən mübarizə başlayır.
Bunları görən rəsmi Moskva
İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi.
SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun
qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə
keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir
qismi həbs edildi. O zaman hərəkat parçalansa da, millət öz arzusuna
çatdı - 1988-ci il, noyabrın 17-dən başlayan meydan hərəkatı azad
Azərbaycanın təməlini qoydu.
Bayramınız mübarək.!
Комментариев нет:
Отправить комментарий