12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Müstəqil
Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş
referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın
27-dən qüvvəyə minib. Artıq 18 ildir, Azərbaycan noyabrın 12-ni
Konstitusiya Günü kimi qeyd edir.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.
Комментариев нет:
Отправить комментарий