Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

воскресенье, 17 ноября 2013 г.

17 Noyabr. Bu gün Azərbaycanın Milli Dirçəliş Günüdür!






1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ separatçılarına dolayı dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları ümummilli mitinqlərlə nəticələndi. Milyonlarla insane o vaxtkı Lenin, indiki Azadlıq meydanına yığışaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısı ala bilmədi.

1989-cu ilin yayında Azərbaycan Xalq Cəbhəsi təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Kanustitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzəlrəl aksiya iştirakçıları və dinc sakin vəzşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qrürurunu sındarı bilmədi. Əksinə bu, hadisələri daha da sürətləndirdi. 1990-cı il seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqnlliyinə real təholükə olan SSRİ qoşunları Azərbaycandan çıxarlıdı.

1992-ci ilin 17 noyabrından Azərbaycanın Milli Dirçəliş Günü kimi qeyd edilən bu tarixin son birneçə ildə unudulması üçün daha çox işlər göürlür, nəinki onun təbliği və tədrisi istiqamətində. Azərbaycan tarxinin şanlı səhifəsi olan bu tarix Azərbaycanın tarix kitabldarından çıxarılıb, qeyri-rəsmi də olsa təhsil müəsisələrində tədrisi və öyrənilməsi qadağan edilib. Milli Dirçəliş Gününün dövlət səviyyəsində bayram kimi qeyd edilməsinə icazə verilmir.

23 il bundan əvvəl, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o vaxtkı Lenin, indiki Azadlıq meydanında toplaşdı. Bu gün Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı kimi də qiymətləndirilir. Həmin gün 68 il azadlığın nə olduğunu bilməyən bir millətin "olum, ya ölüm" savaşı başladı. SSRİ-nin tezliklə məhvə məhkumluğu məhz həmin gün daha aydın göründü.

Rəsmi Moskvanın, ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, millətə tarixini öz gücünə dəyişmək istəyini aşılamışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda, hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır.

Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman hərəkat parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il, noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.

Bayramınız mübarək.!

вторник, 12 ноября 2013 г.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

 Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 18 ildir, Azərbaycan noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.


суббота, 9 ноября 2013 г.

BAYRAQ

BAYRAQ 

Bəxtiyar Vahabzadə


Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş
Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.

Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başına tac olan hilal.

Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.

Milli Bayraq Günü


суббота, 14 сентября 2013 г.

Sabah ölkəmizdə yeni 2013 - 2014 -cü dərs ili başlayır!

Sabah ölkəmizdə yeni - 2013-2014-cü dərs ili başlayır!



Artıq neçə illərdir ki, yeni dərs ilinin ilk günü - sentyabrın 15-i ölkəmizdə "Bilik günü" kimi qeyd olunur. Növbəti dərs ilinin başlanması və "Bilik günü" münasibəti ilə ölkəmizin bütün təhsil işçilərini, çoxminli müəllim ordusunu, şagirdləri və tələbələri təbrik edirik!

Bu  dərs ilinin ilk saatı  vətənpərvərlik mövzusuna həsr olunacaq.  "Yurdum.Yuvam.Məskənim." mövzusunda təşkil ediləcək dərs gənc nəslin əsl vətənpərvər Azərbaycan vətəndaşı kimi formalaşmasına, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin günbəgün möhkəmləndirilməsi üçün savadlı, vətənpərvər gənclərin yetişdirilməsinə yönəlməlidir.


среда, 14 августа 2013 г.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlib

  Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlib (FOTO) 
 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Federasiyasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.


Prezident İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub

       Prezident İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 13 avqust 
 
Avqustun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə səfərə gələn Rusiya Federasiyasının Prezidenti Vladimir Putini qarşıladı.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Sonra Azərbaycan və Rusiya prezidentləri arasında təkbətək görüş oldu.
 

Azərbaycanla Rusiya arasında beş sənəd imzalanıb

Azərbaycanla Rusiya arasında beş sənəd imzalanıb (FOTO)

Avqustun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündən sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur.
"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Neftyanaya kompaniya "Rosneft" Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş"i və "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Neftyanaya kompaniya "Rosneft" Açıq Səhmdar Cəmiyyəti arasında neft nəqlinin əsas şərtləri"ni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və "Neftyanaya kompaniya "Rosneft" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri İqor Seçin imzaladılar.

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyi arasında 2013-2015-ci illər dövrü üçün kompleks əməkdaşlıq planı"nı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə naziri Vladimir Puçkov imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov imzaladılar.
"Rusiya-Azərbaycan dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) - "Yaraq-qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri rayonunda Samur çayı üzərindən avtomobil körpüsü tikilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Saziş"i Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov imzaladılar.
"2015-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq Proqramı"nı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov imzaladılar.
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mətbuat konfransı olmuşdur.

 

Dövlət başçıları Rusiyanın Xəzər Flotiliyasının “Dağıstan” raket gəmisinə və Azərbaycan Hərbi Dəniz Donanmasının “Bakı” gözətçi gəmisinə baxıblar

Dövlət başçıları Rusiyanın Xəzər Flotiliyasının “Dağıstan” raket gəmisinə və Azərbaycan Hərbi Dəniz Donanmasının “Bakı” gözətçi gəmisinə baxıblar (FOTO)

Azərbaycan, Bakı, 14 avqust 

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycan Respublikasında səfərdə olmuşdur.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü, nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuş, Azərbaycan-Rusiya sənədləri imzalanmış, dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər.
Mətbuat konfransından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlətimizin başçısının iş otağında söhbət etmişlər.
Avqustun 13-də axşam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağüstü parkda olmuşlar.
Dövlət başçıları bu yaxınlarda yenidənqurmadan sonra istifadəyə verilən Dağüstü parkı gəzdilər.
Bu gün Bakıda yenidənqurma və abadlıq işləri sürətlə davam etdirilir. Nəticədə şəhər daha da gözəlləşir. Yenidən qurulan Dağüstü Park da indi paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından birinə çevrilmişdir. Bu parkdan paytaxtımıza və Bakı buxtasına ecazkar mənzərə açılır.
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Dağüstü parkdan Bakının mənzərəsini seyr etdilər.
Avqustun 13-də Dağüstü parkla tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiyanın Xəzər Flotiliyasının Bakıda qeyri-rəsmi səfərdə olan "Dağıstan" raket gəmisinə və Azərbaycan Hərbi Dəniz Donanmasının "Bakı" gözətçi gəmisinə baxmışlar.
Dövlət başçıları əvvəlcə "Dağıstan" raket gəmisi ilə tanış oldular. Gəminin komandiri prezidentlərə raport verdi.
Rusiya Prezidenti Vladimir Putin əsgərləri salamladı.
Dövlət başçıları "Dağıstan" raket gəmisi ilə tanış oldular.
Qeyd edək ki, Rusiyanın Xəzər Flotiliyasına məxsus gəmi dəstəsi Prezident Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində Bakıya qeyri-rəsmi səfərə gəlmişdir. Rusiya tərəfinin dəvəti ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi dəstəsi də bu ilin ikinci yarısında Rusiyaya səfər edəcəkdir.
Sonra dövlət başçıları Azərbaycan Hərbi Dəniz Donanmasının "Bakı" gözətçi gəmisinə gəldilər.
Gəminin komandiri Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı dənizçiləri salamladı.

Prezidentlər "Bakı" gözətçi gəmisi ilə tanış oldular.
Daha sonra "Dağıstan" raket gəmisinin kapitanı dövlət başçılarına xatirə hədiyyəsi təqdim etdi.
Prezident Vladimir Putin gəminin kapitanından soruşdu ki, adın nədir?
Kapitan: Vüsal.
Vladimir Putin: Sən azərbaycanlısan?
Kapitan: Elədir ki, var. Sağ olun.