вторник, 26 февраля 2013 г.
Heydar Aliyev
Distinguished son of the Azerbaijani people
Heydar Aliyev, was born on 10 may 1923 in Nakhcivan. In 1939 after graduating the
Nakhcivan pedagogical technical school, he enrolled at the Faculty of
architecture in Baku.
After graduating from the Faculty of architecture, he received higher education
in Leningrad.
In 1944, he served in the public security system. After he was promoted to
general-major then became deputy and finally the president of the Azerbaijan Republic.
Heydar Aliyev as a person-this is a
historic event. History creates person, and such personalities as Heydar Aliyev
creates history. This ingenious personality who belongs to exceptional service
in a comprehensive development of Azerbaijan.
Выдающийся сын азербайджанского народа
Выдающийся сын азербайджанского
народа Гейдар Алирза оглу Алиев родился 10 мая 1923 года в городе Нахичевани. Окончив
в 1939 году Нахичеванский педагогический техникум, он поступил на архитектурный
факультет. После окончания архитектурного факультета, получил высшее
образование в Ленинграде. С 1944 года служил в системе органов государственной
безопасности. Позже он получил звание генерала−майора, стал депутатом и наконец Президентом Азербайджанской Республики.
Гейдар Алиев как личность это историческое событие. История создает
личность, а такие личности как он создают историю. Это гениальная личность,
которой принадлежат исключительные заслуги во всестороннем развитии
Азербайджана.
Большой патриот Азербайджана Гейдар Алиев, был также реальным символом
нашего независимого государства.
About Khojaly
In the life of each people there are events
that are inscribed in history of the Azerbaijani people is
« Khodjaly genocide». That cold february day come in a
history of Azerbaijan as a black date.
At night, from 25 to 26 february, 1992 the
Armenian barbarians, with the support of the 366th rifle regiment,
ransacked a brutal massacre of peaceful, defenceless people and Khodjaly city
was rased to the ground. In just one night , it was brutally killed 613 person,
1275 captured, 150-missing. Residents of Khojaly were subjected to horrible
genocide, were victims of a heinous crime against humanity. Unarmed peaceful
population were subjected to massacre. Corpses were scalped, some had cut off
varios parts of the body, tortured, ripped the abdomens of pregnant women. Part
of people, which trying to escape, was killed in ambushes organized in advance.
Сочинение на тему Ходжалы
В жизни каждого народа
есть события, которые вписаны в историю кровавыми буквами. Одной из таких
трагедий в истории азербайджанского народа является «Ходжалинский геноцид». Тот
холодный февральский день вошел в историю Азербайджана «черной датой».
В ночь с 25 на 26 февраля
1992 года армянские варвары при поддержке 366 го мотострелкового полка, учинили
жестокую расправу над мирным, беззащитным населением и город Ходжалы был стерт
с лица Земли. Всего лишь за одну ночь было зверски убито 613 человек, более 1275 взяты в плен, 150− пропали без
вести. Жители Ходжалы были подвергнуты страшному геноциду, стали жертвами
чудовищного преступления против человечества. Безоружное мирное население
подверглось массовой резне.
суббота, 23 февраля 2013 г.
Гейдар Алиев
Пусть вечной
будет имя твоё!
Пусть каждый
помнит слово твоё!
Хоть нет сейчас тебя на свете,
В Азербайджане
жив ты вечно!
Тебя, Гейдар я не
забуду!
О тебе я помнить
буду!
Родину любил ты
сильно
И стоял за ней ты
смело
Как сейчас стоит
Ильхам,
Наш президент и
наш ислам!
Ученица 10 д класса
шк.-лицея №267 г.Баку
Сабина Сафарова
пятница, 22 февраля 2013 г.
Şairə Rəna Ağaqızı:
Şairə Rəna Ağaqızı:
Heydər tək bəxtəvər insan görmədim,
Millətə Onun tək yanan görmədim.
Cahanda Onun tək cahan görmədim,
Dünyaya tək gəldi Heydər atamız,
Qəlbində yaşadır Onu xalqımız.
Milli mənəvi dəyərlərimiz haqqında
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Həcc ziyarətinə gedən zəvvarların bir qrupu ilə görüşdə çıxışı - Prezident sarayı, 28 mart 1998-ci il
Mən elə bilirəm ki, hər birinizin deməyə
sözünüz vardır. Bu təbiidir. Ancaq siz mənə inanın, bu gün mən bir neçə
görüş keçirmişəm. Sizinlə bu görüşdən sonra isə Fransadan gəlmiş böyük
bir nümayəndə heyətini qəbul etməliyəm. Onlar indi məni gözləyirlər. Mən
sizinlə bir neçə saat söhbət etmək arzusundayam. Güman edirəm ki, biz
vaxt tapıb bunu edəcəyik. Ancaq siz indi yol üstündəsiniz, mənimsə
sizdən sonra daha bir görüşüm vardır.
Xoşbəxt adamlarsınız ki, Məkkə və
Mədinəni ziyarət etmək sizə nəsib olubdur. Bu, hər bir müsəlmanın
həyatdakı arzusudur. Bilirsiniz ki, keçmiş zamanlarda bizim ulu
babalarımız nə qədər çətinliklərin öhdəsindən gələrək, piyada, o vaxtkı
nəqliyyat vasitələrindən istifadə edərək, neçə aylar vaxt sərf edərək
gedib Məkkəni, Mədinəni ziyarət edirdilər. Hər bir müsəlman bu ziyarəti
edəndən sonra onda böyük bir dəyişiklik əmələ gəlir. Sizə belə bir
xoşbəxtlik qismət, nəsib olubdur. Mən bundan ötrü çox şadam. Bizdə hər
il həcc ziyarətinə gedənlər var. Hərə öz imkanından istifadə edir. Ancaq
siz, Azərbaycanın böyük bir qrup vətəndaşları iki müqəddəs şəhərin
xadimi, Səudiyyə Ərəbistanının kralı Fəhd ibn Əbdüləziz əl-Səudun
Azərbaycana göstərdiyi qayğının nəticəsində, onun hesabına bu ziyarəti
edəcəksiniz. Mən Səudiyyə Ərəbistanı kralının nümayəndəsinə öz
təşəkkürümü bildirdim, bir daha sizinlə birlikdə ona təşəkkür edirəm.
Ümid edirəm ki, bu, ənənəyə çevriləcəkdir, gələn illərdə də bizim
ölkəmizə, Azərbaycana bu qayğı göstəriləcəkdir. Siz bu imkandan birinci
istifadə edirsiniz. Yolunuz uğurlu olsun!
Şəhid anası Zərifə Piriyeva
Zərifə Piriyeva (şəhid anası): Hörmətli Prezident, Sizi ziyarət etməyimə və Həccə getməyimə qəlbən sevinirəm. O qədər həyəcan keçirirəm ki, danışmağa söz tapa bilmirəm. Mən şəhid Ceyhun Piriyevin anasıyam. Bizə göstərdiyiniz etimadı yazdığım "Pənahımız Heydərə" şerimlə demək istəyirəm. Mən bunu xalqımın ən əziyyətli günündə bir ilahi kimi onun dadına çatan, gecəsini gündüzə, gündüzünü gecəyə qatan, baldan şirin yuxusunu xəyalda yatan, elimizin atası Heydər Əliyevə həsr etmişəm:
Yalvarıram sənə, ey gözəl Allah,
Dəymə bizim pənahımız Heydərə.
Dualar yetişsin ulu dərgaha,
Dəymə bizim pənahımız Heydərə.
Sızlayan körpənin gülüşüdür o,
Buludlu havanın günəşidir o,
Sönmüş ürəklərin atəşidir o.
Dəymə bizim pənahımız Heydərə.
Heydər babam, adın uca ay kimi,
Heç vaxt qışın olmasın, ol yay kimi, |
Xocalı soyqırımı
Xocalı soyqırımı
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır
zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə
şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində
şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan
şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar
məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk
etməyə məcbur olmuşdur.
Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı
dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər.
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir
487 nəfər yaralanmışdır, onlardan:
uşaqlar - 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.
Xocalı - əsas hədəf
Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır.
Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.
Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.
Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.
"Xocalı platsdarmının məhv edilməsi" sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.
Faciənin xronikası
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O,
XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ
XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ
"Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Heydər Əliyev
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN YARADILMASI VƏ İNKİŞAFI
AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN YARADILMASI VƏ İNKİŞAFI
Azərbaycan Respublikası on il əvvəl öz dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistan Respublikası ilə müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə torpaqlarımızın bir hissəsini işğal etmişdilər. O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik və iradsizlik nümayiş etdirərək Silahlı Qüvvələri yarada bilmədilər.Ordu quruculuğunda düzgün siyasətin yeridilməməsi nəticəsində xalqın orduya etdiyi yardımlara, ayrı-ayrı döyüşlərdə xalqımızın vətənpərvər və igid oğullarının düşmənə layiqli müqavimət göstərmələrinə baxmayaraq, Silahlı Qüvvələr bütövlükdə uğursuzluğa düçar oldu.
Bütün bunların nəticəsində erməni Silahlı Qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş, bir milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin salmış, on minlərlə insanı məhv etmişdir.
Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı.
Heydər Əliyevin hakimiyyətə qayıtması və cəbhədə atəşkəsə nail olması dövlət quruculuğunun bütün sahələrində olduğu kimi Silahlı Qüvvələrdə də əsaslı islahatların aparılmasına imkan yaratdı. Silahlı Qüvvələrdən həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Silahlı Qüvvələrinə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin Azərbaycan Respublikasının sənaye müəssisələrində yerləşdirilməsi ölkə iqtisadiyyatının inkişafına da təkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.
1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı zabit və əsgələrin Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirməsi bir daha sübut etdi ki, şəxsi heyət arasında müstəqillik amalı və hərbi anda sədaqət hissi yeni mənəvi-psixoloji iqlim formalaşmış, ordu hissələri artıq müxtəlif siyasi və cinayətkar mafioz dəstələri xidmət edən təxribatçılardan, cəsuslardan xeyli təmizlənmişdir.
Bu sahədə əldə edilmiş uğurlara baxmayaraq, son illərdə hərbi hissələrdə nizam-intizamın möhkəmləndirilməsi, təlim və tərbiyənin düzgün qurulması istiqamətində iş səngiməmiş, onun müasir səviyyədə aparılması üçün müvafiq nizamnamələr, təlimatlar hazırlamış və tətbiq edilmişdir. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edilmiş və artıq Azərbaycan ordusunun mükəmməl qanunvericilik bazası yaradılmışdır.
Heydər Əliyev
Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.
Heydər ƏliyevQəhrəmanlıq tariximizin “20 yanvar”səhifəsi
Qəhrəmanlıq tariximizin “20 yanvar” səhifəsi
20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. Xalq o günlərdə böyük bir həqiqəti — həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin — qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini nümayiş etdirdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də İmperiyanın mərkəzində, Moskvada...четверг, 21 февраля 2013 г.
среда, 20 февраля 2013 г.
Heydər Əliyev və Azərbaycan mədəniyyəti
Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsinə də böyük işlər görülmüşdür. Hazırda müstəqillik və demokratiya yolunda inamla irəlilədiyimiz bir vaxtda cəmiyyət həyatında insanların potensial qüvvələrinin, fərdi qabiliyyətinin işə salınması həyati tələbata çevrilmişdir. Mədəni həyatın demokratikləşdirilməsi, gənclərin, yeniyetmələrin, əmək qabilliyətli insanların bu prosesdə yaxından iştirakı, əhalinin mədəni həyat səviyyəsinin daha da gücləndirilməsi yolunda böyük addımlar atılmışdır. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əvəzsiz xidmətləri var. Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi ilk əvvəl Azərbaycan dövlətinin, onun rəhbəri Heydər Əliyevin diqqət və qayğısının nəticəsində mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olmuşdur. Qədim zəngin baddi və mənəvi mədəniyyətə malik xalqımız məhz ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ulu öndər Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı idi. Həyatımızın bütün sahələrində unudulmaz liderimizin elə qüdrətli və əzəmətli yadigarları var ki, zaman ötdükcə dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz xidmətləri qarşısında heyrətimizi, məhəbbətimizi bildirməyi özümüzə borc bilirik. Tarixi və mədəni hadisələrin məsafə uzaqlığında Azərbaycanın taleyində H.Əliyevin xidmətləri daha parlaq, daha aydın görünməkdədir. ”Heydər Əliyev Azərbaycanı azərbaycanlılara qaytardı” fikrinin bir şaxəsi də məhz mədəniyyətlə bağlıdır. Həyat təsdiqlədi ki, Azərbaycan mədəniyyətinin Heydər Əliyev qədər əsl himayədarı, böyük qayğıkeşi olmayıb. Ötən əsrın sonlarında cəmiyyətdə baş verən aşınmalar yaddaşlardan silinməyib. Dağılan təkcə iqtisadiyyat deyildi. Mənəvi potensialımız da sıradan çıxmışdı. Məhz Heydər Əliyevin zəkasının işığında sahmanı pozulmuş həyatımızın bütün sahələrində oldüğu kimi, mədəniyyətimizdə də nizamlanma aparıldı. Heydər Əliyev mədəniyyətə sadəcə qayğı göstərməklə kifayətlənmirdi. İstənilən musiqi əsəri, incəsənət xadiminin yaradıcılığı haqqında elə dəqiq fikirlər söyləyirdi, təhlillər edirdi ki, sənətşünaslar həsəd aparırdılar. Heydər Əliyev hər bir sənət sahibi ilə məhz o |
Gənclər bizim sabahımızdır
Heydər Əliyev milli əxlaqi dəyərlərimiz haqqında
Heydər
Əliyev milli əxlaqi dəyərlərimiz haqqında
1991-ci
ildə Azərbaycan müstəqilliyini əldə
etdikdən sonra təhsil sistemimizin təkmilləşdirilməsi,
yeniləşdirilməsi, müasirləşdirilməsi
istiqamətində səmərəli tədbirlər
həyata keçirilməsi zərurətə çevrildi. Müstəqil dövlətin müstəqil təhsil
sistemi olmalıdır. Bu müddəa əsas götürülərək
milli təhsilin formalaşdırılması
istiqamətində məqsədyönlü işlər görülməli
idi.
Azərbaycan
xalqının arzusu və inamlı təkidi ilə ikinci
dəfə hakimiyyətə gələn ümummilli liderimiz
Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə
bütün sahələrdə, o
cümlədən təhsildə islahatlar həyata keçirilməyə
başlandı.
1999-cu
ildə ulu öndərimizin sərəncamı ilə
"Azərbaycan Respublikasının Təhsil
sahəsində İslahat Proqramı" qəbul olundu.
"2000-2005-ci
illərdə Azərbaycan Respublikasının Təhsil
sisteminin tərbiyə işinin İnkişaf Proqramı"
işlənib hazırlandı.
ümummilli
liderimiz Heydər Əliyev "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında" (18
iyun 2001-ci il), "Azərbaycan əlifbası və
Azərbaycan Dili Gününün təsis edilməsi haqqında"
(9 avqust 2001-ci il) fərmanlarını; "2 Fevral -
Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında"
(1 fevral 1997-ci il) sərəncamını;
"Gənclər siyasəti haqqında" (9 aprel 2002-ci
il) və "Uşaq hüquqları haqqında" (19 may
1998-ci il) Azərbaycan Respublikası Qanunlarını
imzaladı.
Heydər
Əliyev müxtəlif yığıncaqlardakı, görüşlərdəki,
tədbirlərdəki məruzə və çıxışlarında,
nitqlərində, bəyanatlarında təhsilə,
gənc nəslin milli tərbiyəsinə, onların milli
mənəvi dəyərlərə
yiyələnmələrinin vacibliyinə,
vətənpərvərliyə, adət və
ənənələrimizin qorunması və yaşadılmasına
aid çox qiymətli fikirlər irəli sürmüşdür.
Böyük
öndər deyirdi: "Heç vaxt iki xalq bir-birinə
bənzər dəyərlərə malik ola bilməz. Biz
indi dünyanın mütərəqqi mənəvi
dəyərlərindən istifadə edərək, xalqımızın
mədəni səviyyəsini daha da inkişaf
etdirərək gənc nəsli daha da sağlam
əhvali-ruhiyyədə, saf əxlaqi
əhvali-ruhiyyədə
tərbiyələndirməliyik...
Hər
xalqın öz adət-ənənəsi var, öz milli
mənəvi və dini dəyərləri var. Biz öz milli
mənəvi dəyərlərimizlə, öz dini
dəyərlərimizlə, adət və
ənənələrimizlə fəxr edirik. Əsrlərin
dərinliyindən bu günümüzə gəlib çatan
adət-ənənələrimiz həmişə adamları
saflığa, təmizliyə dəvət etmişdir".
ümummilli
liderimiz gəncləri həyatda fəal mövqe tutmağa,
vətəndaş mövqeyi nümayiş etdirməyə çağırırdı.
Ulu öndər deyirdi: "Hər bir insan gərək eyni
zamanda vətəndaş olsun. Dövlətinə sadiq,
millətinə sadiq, ənənələrinə sadiq,
xalqına sadiq vətəndaş olsun".
Heydər
Əliyev gənclərə, onların qüvvəsinə,
bilik və bacarığına inanır və yüksək
qiymətləndirirdi. O, ümumtəhsil məktəbləri
şagirdləri ilə "Bilik Günü"nə həsr
olunmuş tədbirlərdə, ali
məktəblərə qəbul olunmuş
tələbələrlə
görüşlərində gənc nəsli
biliklərə əzmlə yiyələnməyə,
vətənin ləyaqətli övladları olmağa
səsləyirdi: "Bizim məqsədimiz müstəqil
Azərbaycanın gələcəyi üçün daha bilikli,
zəkalı gənclər hazırlamaqdır...
«ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİ DÜŞÜNƏRKƏN»
«ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİ DÜŞÜNƏRKƏN»
Ş.Qurbanov adına şəhər 8 nömrəli orta məktəbin XI sinif şagirdi Humay Məhərrəmova Azərbaycanın Təhsil Nazirliyi tərəfindən gerçəkləşdirilən «Heydər Əliyev məktəblilərin gözü ilə» respublika inşa yazı müsabiqəsinin nəticələrinə görə IV dərəcəli diploma layiq görülmüşdür.
Aşağıda Humay Məhərrəmovanın inşa yazısını ixtisarla oxucularımıza təqdim edirik.
Sevimli həmvətənlərim! Hər bir azərbaycanlı kimi mənim də qəlbimdə uca və möhtəşəm bir məhəbbət yaşayır. Heydər Əliyev məhəbbəti. Odur ki, qadir Allahdan bir diləyim var. Mənə qüdrət versin. Elə bir qüdrət ki, bənzərsiz həyat yaşamış, xalqımın tarix kitabının qızıl səhifələrini yazmış ulu öndər, dahi Heydər Əliyevə olan ülvi məhəbbətimi, hüdudsuz sevgilərimi ifadə edə bilim. Axı adi bir məktəbli üçün ürəyinin dərinliklərində coşub-çağlayan duyğulardan söz açmaq o qədər də asan deyil.
Xalqı zirvələrə qaldırmaq üçün,
Sevgi şahlığının taxtına çıxdın.
Oğul xalq üçündür, zirvə dağ üçün,
Nə yaxşı bu xalqın baxtına çıxdın.
Bəli, bu, şirin bir həqiqətdir. Heydər Əliyev Azərbaycan xalqının mənəvi sərvəti, bəxtinə düşmüş Tanrı payıdır! Nadir, təkrarsız şəxsiyyət, millətinin və məmləkətinin yeni tarixinin memarı, böyük düha, güclü və müstəqil Azərbaycanın, dünyanın sayğı göstərdiyi, istiqlalı dönməz, gündən-günə qüdrətlənən çağdaş Azərbaycanın qurucusur.
Əziz oxucum! Heydər Əliyev tarixi yaradan idi, tarixin özü idi. Tarix isə yalnız böyük dühaların parlaq əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünyanın tarix kitabına Şəmsəddin Eldəniz, Cavanşir, Babək, Qızıl Arslan, Şah İsmayıl Xətai kimi qüdrətli şəxsiyyətlərin adını qızıl hərflərlə yazmışdır.
XX yüzillikdə xalqın daha bir dahisi yetişdi-Heydər Əliyev. Atatürk, Vaşinqton, Nehru kimi Heydər Əliyev də dünyanın nadir simaları arasında layiqli yer tutdu. O, dünya tarixinin azərbaycanlı Dahisi oldu.
Aqillərdən biri demişdir: «Elə yaşa ki, öləndən sonra da ölməyəsən». Ölməzlik, həmişəyaşarlıq isə ancaq dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də məhz belə xoşbəxtlərdəndir. Bənövşə ətirli bir bahar günündə dünyaya göz açan bu bahar oğlu xalqına əbədi bahar gətirmiş,
Heydər Əliyev və Azərbaycan təhsili
Heydər Əliyev və Azərbaycan təhsili
Aqillər insan ömrünü onun xalqı,vətəni,dövləti üçün gördüyü işlərin
miqyası,dəyəri ilə ölçürlər.O insanlar dünyada,tarixdə əbədilik
qazanırlar ki,onlar Allah-Təala bəxş etdiyi qeyri-adi
istedadlarını,fövqəl güclərini,iradələrini insanların
xoşbəxtliyi,xalqlarının azadlığı, dövlətlərinin çiçəklənməsi üçün sərf
edirlər.
Bu baxımdan xalqımızın böyük oğlu,dünya
şöhrətli ictimai-siyasi xadim,ümummilli lider Heydər Əliyevin 80 illik
ömrü tariximizə qızıl hərflərlə həkk olunmuş, dünya tarixində layiqli
yer tutmuş, nadir şəxsiyyətlər cərgəsində dayanmışdır.Yarım əsrdən çox
xalqına əvəzsiz xidmət göstərmiş,ömrünü Azərbaycanın ,azərbaycanlıların
xoşbəxtliyi naminə şam kimi əritmiş,illərlə məzuniyyət
götürmədən,istirahət etmədən işləmiş ,20-ci əsrin sonlarında Azərbaycanı
dünya xəritəsindən silinmək təhlükəsindən xilas etmiş, sivil bir dövlət
qurmuş dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyev fonemi haqqında
ona layiq söz demək , xidmətlərini sadalaya bilmək qeyri-mümkündür.Buna
fövqəl istedad gərəkdir.Ancaq yenə də, ümummilli liderimiz haqqında bir
şey yazmaq arzusundan əl çəkmək mümkün deyil.
Ümummilli liderimizin zəngin həyatı həmişə təhsillə bağlı olmuşdur:
<<Məktəb,maarif,təhsil işi ilə həmişə sıx bağlı olmuşam…Hesab
edirəm ki,cəmiyyət haradan olursa olsun,nədən olursa olsun,kəsib təhsilə
xərcləməli,gənc nəslin təhsilinə ,müəllimə kömək etməlidir.Bu,mənim
prinsipal mövqeyimdir>>.
Bu kəlamlar böyük rəhbərimizin təhsilə nə qədər önəm verdiyinin təzahürüdür.
1993-cü ilin yayında xalqımızın təkid və tələbi ilə ikinci dəfə
Azərbaycana,hakimiyyətin ali kürsüsünə qayıdan Heydər Əliyevin
zəhməti,qayğsı ilə təhsil sistemimizdə əmələ gəlmiş
başıpozuqluğa,hərcmərcliyə son qoyuldu,təhsilin idarə edilməsinə
gətirilmiş səriştəsiz adamlar oradan
uzaqlaşdırıldı,peşəkar,bacarıqlı,işgüzar alimlər,müəllimlər yenidən öz
ali işlərinə-təhsilin idarə edilməsinə gətirildilər.Təhsil dövlətin
üstün inkişaf etdirilən prioritet sahəsinə çevrildi.<<Təhsil
millətin gələcəyidir>> deyən prezidentimiz Heydər Əliyevin
tapşırığı ilə təhsilə, təhsil işçilərinə dövlət qayğısı
artırıldı.Əvvəlcə 1-4 siniflər,sonra isə yuxarı siniflər üçün dərsliklər
dövlət vəsaiti hesabına çap olunmağa başladı.Müəllimlərin maaşı
mütəmadi artırıldı.
Ümumilli liderimiz Heydər Əliyev təhsil sistemimizdə olan
problemlərin optimal həlli üçün Azərbaycan tarixində ilk dəfə Təhsil
sahəsində islahatlar aparılması üçün tapşırıqlar verdi.Bu məqsədlə
1998-ci il martın 30-da Prezident sərəncamı ilə Azərbaycan
Respublikasında Təhsil Sahəsində İslahatlar üzrə Təhsil naziri
M.Mərdanovun sədirliyi ilə Dövlət Komissiyası yaradıldı.1998-ci ildə
müstəqil Azərbaycan müəllimlərinin 1-ci qurultayı keçirildi.Xalqımızın
böyük oğlu Heydər Əliyev qurultayda tarixi çıxış etdi.Bu çıxış təhsil
işçilərinin qarşısında duran vəzifələrin həlli üçün proqram
idi.Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası
yaradıldı.
Ulu öndər 1999-cu ilin iyunun 15-də Milli Qurtuluş günündə Təhsil
Sahəsində İslahat Proqramını xüsusi sərəncamla təsdiq etdi.Heydər Əliyev
təhsil sistemində islahatların əsas məqsədini özü müəyyən etmişdi:
<<Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir
ki,Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına
uyğunlaşdırılsın….On illərlə əldə etdiyimiz təhsil prinsipləri
gözlənilməli və inkişaf etdirilməlidir.Əgər biz bu yolla gedəriksə,qısa
bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra
bilərik>>.
Müstəqil Respublikamızın memarı Heydər Əliyevin qayğısı ilə Təhsil
İslahatı Proqramının əsas müddəaları Dünya Bankının maliyyə yardımı ilə
həyata keçrilməyə başladı.Təhsil Qanununun layihəsi ümumxalq
müzakirəsinə verildi.Ümumi orta təhsilin dövlət standartları hökümət
səviyyəsində təsdiq edildi.Azərbaycan təhsili dünyanın aparıcı
dövlətlərinin təhsilinə inteqrasiya edildi.Xüsusi istedadı olan
şagirdlərə və gənclərə diqqət artırıldı,adları <<Qızıl
kitaba>> salındı.İstedadlı gənclərə dövlət qayğısı Ana Qanunumuzda
öz əksini tapdı.
<<Təhsil sahəsi xalqımızın bu günü,millətimizin,dövlətimizin
gələcəyi üçün ən vacib bir sahədir>>deyən ümumilli liderimiz
Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən fərman, sərəncamlar
verdi:<<Azərbaycan Respublikasının təhsil sisteminin
təkmilləşdirilməsi haqqında>> 13 iyun 2000-ci il
tarixli,<<Dövlət dilinin tətbiq işinin təkmilləşdirilməsi
haqqında>> 18 iyun 2001-ci il tarixli, <<Azərbaycan
əlifbası və Azərbaycan dili günü (01.avqust) təsis edilməsi haqqında
09.08.2001- ci il tarixli bəyanat, <<Azərbaycan Respublikasında
dövlət dili haqqında>>, <<Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə>> 2 yanvar 2003-cü il tarixli fərman
təhsilimizi dünya standartları səviyyəsinə qaldırdı.Azərbaycan
tarixinin,ədəbiyyatının,coğrafiyasının öyrədilməsinə,mükəmməl dərsliklər
hazırlanmasına,xüsusilə Azərbaycan dilinin öyrədilməsinə, Dövlət dili
statusunda təbliğinə diqqət artırıldı.
Azərbaycan təhsilinin qayğıkeş hamisi ulu öndərimizin
<<Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi haqqında 4 oktyabr 2002-ci il tarixli
sərəncamı və həmin sərəncamla hazırlanmış xüsusi proqram sayəsində
Azərbaycanda dünya standartlarına uyğun müasir tipli məktəb binaları
tikilməyə başlandı.
Ümummilli liderimizin rəhbərliyi,tövsiyəsi ilə hazırlanmış
proqramlar,strateji yol Azərbaycan təhsilinin, onun maddi-texniki
bazasının uzunmüddətli,dinamik inkişafını təmin etmişdir.
Ulu öndərimizin daxili və xarici siyasəti,iqtisadi plan və
proqramları bu gün Heydər Əliyev məktəbinin layiqli yetirməsi, möhtərəm
prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edir və edəcək.
Respublikamızın Prezidenti cənab İlham Əliyev ümumilli liderimizin
ideyalarını ləyaqətlə davam etdirərək təhsilimizin inkişafına,təhsil
müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə böyük diqqət
yetirir.Azərbaycanın birinci xanımı,Heydər Əliyev Fondunun
prezidenti,YUNESKO-nun ,İSESKO-nun xoşməramlı səfiri,millət vəkili
Mehriban xanım Əliyeva bu gün Azərbaycan təhsilinin qayğıkeşidir.
Ölkə prezidenti İlham Əliyevin Respublikamızın məktəblərinin dünya
standartları səviyyəsində təmin olunması üçün <<Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin İnformasiya və Kommunikasiya
Texnologiyaları ilə təminatı proqramının (2005-2007-ci illər) təsdiq
edilməsi haqqındakı 21 avqust 2004-cü il tarixli sərəncamı,Prezident
sərancamları ilə təsdiq olunaraq hal-hazırda həyata keçirilən təhsilin
inkişafına dair 17 proqram Azərbaycan təhsilinin,təhsil müəssisələrinin
mütəmadi inkişafını təmin edir.
Xalqımız həmişə ümummilli liderimiz Heydər Əliyevə bəslədikləri
inam və məhəbbəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyevə bəsləyir,
onu daim dəstəkləyirlər.
Подписаться на:
Сообщения (Atom)