Qəhrəmanlıq tariximizin “20 yanvar”səhifəsi
Qəhrəmanlıq tariximizin “20 yanvar” səhifəsi
20 Yanvar Azərbaycan tarixində
qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix
Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq
istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində
yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət
nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim
olduğunu sübut edən növbəti imtahan idi.
Xalq o günlərdə böyük bir həqiqəti —
həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O
müdhiş günlərdə Heydər Əliyevin — qüdrətli liderin yoxluğu günün ən
böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar günündə xalqının səsinə hər
kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. Ümummilli liderimiz
Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin
həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra,
1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir
an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi
nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni
törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların
Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda
onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında,
böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev və oğlu
İlham Əliyev bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında
vətəndaşlıq və milli mövqelərini nümayiş etdirdilər. Xalqımızın
ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı
həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də İmperiyanın
mərkəzində, Moskvada...
Ulu öndə Heydər Əliyev xalqın təkidli
tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən
gündəmə gəldi, 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda
ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim
Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.
..."20 Yanvar faciəsinin 4-cü
ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti
Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20
Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə
olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın
29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr
haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar
faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
*Ümummilli lider 20 Yanvar hadisələri
zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də
bir sıra mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyev 1993-cü ilin
iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk
olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Və elə yerindəcə tapşırıq verdi
ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada
memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi
vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin
sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu...
...Bakıda Vətən şəhidlərinə böyük
ehtiramla xatirə kompleksi ucaldıldı. Şəhidlər Xiyabanı xalqımızın
müqəddəs and yerinə, ziyarətgahına çevrildi...
Комментариев нет:
Отправить комментарий