среда, 20 февраля 2013 г.
Ulu Öndər
Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizi geridə qalmış respubilkadan çiçəklənən, inkişaf edən bir diyara çevirmişdir. Ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir.
Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı isə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.
Bir məqamı da xüsusi qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri işləyərkən muxtar respublikada həyata keçirdiyi islahatlar sonradan daha böyük miqyasda, bütün Azərbaycanda tətbiq olundu. Onun Naxçıvanda yaşadığı illərə nəzər saldıqda aydın görürük ki, bu gün haqqında ürək dolusu danışdığımız və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran yeniliklərin, islahatların təməli məhz o çətin illərdə qoyulub.
Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi ulu öndər Heydər Əliyevə nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı.
1993-cü ildə ölkəmizin üzərini qara buludların aldığı çətin bir vaxtda, xalqın çağırışına səs verərək düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq üçün heç bir dövlət başçısının öhdəsindən gələ bilməyəcəyi bir məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Ulu öndər müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı, milyonların ehtiramını qazandı.
1993-cü il oktyabrın 3-də yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini təkrarlayan Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm,”- deyə vurğulayırdı.
Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkirdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi.
2005-ci ildə Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyasının keçirdiyi mitinqdə
вторник, 19 февраля 2013 г.
Dünya miqyaslı siyasətçi
Dünya miqyaslı siyasətçi
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Buna Allahdan lider deyirlər. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.
Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.
Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara - zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi.
Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi.
Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.
Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətraflardakıları heyrətləndirmiş, siyasət aləminin patriarxı adını qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı "liderlərin lideri" adlandırırdılar. Onun siyasətinin gücü nədə idi?!
- Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbirliliyində, nəzəriyyəyə istinad etməsində və praktik həyatdan baş çıxarmasında - bir sözlə, fenomenal şəxsi keyfiyyətlərində idi. Bu dahi siyasətçi zərgər dəqiqliyi ilə, ölçülüb-biçilmiş qərarlar qəbul edirdi. Onun fəaliyyəti haqsız yerə "təftiş" ediləndə belə irad tutulması, "nöqsan deyiləsi" olan bir fakt belə tapa bilməmişlər. Yarım əsrlik siyasi fəaliyyətin qızıl qaydası çoxları üçün təəccüblü idi. Təəccüb və möcüzələr, başqalarını şok vəziyyətinə salan faktlar yüzlərlədir. Elə bu keyfiyyətlər onu başqalarından fərqləndirirdi.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev
O, həyatı sevirdi
Zəlimxan Yaqub
O, həyatı sevirdi
Kəskin zəka, iti göz,
ayıq baş,
aydın fikir,
Siyasət dünyasında
sağlam
toxumlar əkir:
Baxışlarda sual var,
Alimdi, yoxsa rəssam,
şairdi,
yoxsa memar?
Memar ilə danışır
kərpiclə
daş dilində,
Heykəl ilə danışır
heykəltəraş
dilində
Nəğməni dilləndirir
şux
nəğməkar dilində,
Zirvəylə qar dilində,
budaqla bar
dilində.
Muğamlara baş vurur,
görəndə
xanəndəni,
Allah belə yaradır
çox sevdiyi
bəndəni.
Açılardı dilində
elmin dərin
qatları,
Göylərə baş vurardı
fikrinin
qanadları.
Torpaqla danışardı
sarı sünbül
dilində,
Çəmənlə danışardı
çiçəklə gül
dilində,
İnsanla danışardı
sevən könül
dilində,
Allahı – qurmaq eşqi,
tanrısı –
zəhmət idi,
Təpədən dırnağadək
sevgi,
məhəbbət idi.
Yaratdıqca hər anı,
hər saatı
sevirdi,
Həyat onu sevirdi,
o, həyatı
sevirdi.
Tanrı ona verəndə
odlu nəfəs
də verdi,
Sarayları titrədən
gur, məğrur
səs də verdi.
Qanadlanan bir ilham,
coşan həvəs
də verdi,
Qılıncdan kəskin olan
ən iti söz
də verdi,
Yüz il, min il sonranı
görməyə göz
də verdi.
Baxışına qəzəbdən
çaxan
şimşək də verdi,
Dünyanı dünya boyda
duyan ürək
də verdi,
Həyatın yaddaşından
silinməz iz
də verdi,
Qatlanmaz bir bilək də,
bükülməz
diz də verdi.
Xırda fikirlərə yad,
Böyük işlərə ustad,
ulu niyyət
verdi.
Oddan-sudan qorxmayan
bir
qətiyyət də verdi.
“Yarat!” dedi,
“Yaz!” dedi,
“Ucalt!”
dedi,
“Qur!” dedi,
Hər işinə ilahi
ürəkdən
uğur dedi.
Susmaq, durmaq, dayanmaq
varlığına
yad oldu,
Ən müqəddəs duyğular
ona
qol-qanad oldu.
Bir yurdu-yuvanı yox,
Bir ovuc havanı yox,
Yeri, göyü, varlığı
kainatı
sevirdi,
o. həyatı
sevirdi.
Bir ömürdə bu insan
görün nələr
yaratdı,
Həqiqətə sığmayan,
əfsanələr
yaratdı,
Bulaq çəkdi “İç!” dedi,
Körpü saldı “Keç!”
dedi,
Qanad verdi
“Uç!” dedi.
“Mən çəkdiyim bulaqdan
içməyi
bacarmasan,
Mən saldığım körpüdən
keçməyi
bacarmasan,
Mən verdiyim qanadla
uçmağı
bacarmasan,
Daha məndən incimə
özündədi suç”, dedi.
Tanrı kimi tapındı
mənalı
ömürlərə,
Mənasız keçən ömrə
yalan dedi,
puç, dedi.
Ağac əkdi barını
şirin-şirin
dər, dedi,
Şəhər saldı, bu işdə
gücünü
göstər, dedi,
Sinəsi sipər oldu,
kirpiyi
çəpər oldu,
Qanında qeyrət, hünər,
canında
təpər oldu.
Yer üzündə şöhrəti
o qədər
yüksəldi ki,
Göy üzündə mələklər
alnından
öpər oldu.
Torpağın qucağında
qurmağı,
yaratmağı,
Qoy ədalət zəfər çalsın!
QOY ƏDALƏT ZƏFƏR ÇALSIN
1969-cu ilin yayında Azərbaycanın rəhbərliyinə siyasət aləmi üçün hələ
cavan, işgüzar, məqsədyönlü bir insan gəldi. Onun iradəli xarakterində,
iş üslubunda hər cür ətalətə, fəaliyyətsizliyə, köhnəliyə,
mühafizəkarlığa qarşı nadir hallarda təsadüf edilən dözümsüzlüklə
köhnəlmiş forma və strukturların yeniləşdirilməsində,
müasirləşdirilməsində işgüzar tutarlılıq, dəqiq qənaətkarlıq
keyfiyyətləri harmonik şəkildə uyuşurdu. Bu adam Heydər Əliyev idi. Bu
çağacan o, Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsində başçılıq
edən böyük, ciddi idarəçilik məktəbi keçmişdi.
Heydər Əliyevin qarşısında, hələ bu vaxtacan onun sələflərinin heç
birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu:
respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəqəl onu
qüdrətli dövlətin xammal istehlakçılarından qabaqçıl, müasir texnika və
texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura
xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın
ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan
kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil
səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini
möhkəmləndirmək.
Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bütün bunlar və xeyli digər
məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin nəhəng
fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən dəyişdi,
bütün infrastrukturu izah edildi, kənd təsərrüfatı modernləşdirildi,
respublikanın qədim paytaxtı intibah dövrü keçirdi. Bakıda, Sumqayıtda,
Gəncədə,
Подписаться на:
Сообщения (Atom)
