QOY ƏDALƏT ZƏFƏR ÇALSIN
1969-cu ilin yayında Azərbaycanın rəhbərliyinə siyasət aləmi üçün hələ
cavan, işgüzar, məqsədyönlü bir insan gəldi. Onun iradəli xarakterində,
iş üslubunda hər cür ətalətə, fəaliyyətsizliyə, köhnəliyə,
mühafizəkarlığa qarşı nadir hallarda təsadüf edilən dözümsüzlüklə
köhnəlmiş forma və strukturların yeniləşdirilməsində,
müasirləşdirilməsində işgüzar tutarlılıq, dəqiq qənaətkarlıq
keyfiyyətləri harmonik şəkildə uyuşurdu. Bu adam Heydər Əliyev idi. Bu
çağacan o, Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsində başçılıq
edən böyük, ciddi idarəçilik məktəbi keçmişdi.
Heydər Əliyevin qarşısında, hələ bu vaxtacan onun sələflərinin heç
birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu:
respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəqəl onu
qüdrətli dövlətin xammal istehlakçılarından qabaqçıl, müasir texnika və
texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura
xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın
ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan
kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil
səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini
möhkəmləndirmək.
Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bütün bunlar və xeyli digər
məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin nəhəng
fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən dəyişdi,
bütün infrastrukturu izah edildi, kənd təsərrüfatı modernləşdirildi,
respublikanın qədim paytaxtı intibah dövrü keçirdi. Bakıda, Sumqayıtda,
Gəncədə,
Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə başladı. Həmin illərdə respublikada dünya mədəniyyətinin Qara Qarayev və Fikrət Əmirov, Niyazi və Səttar Bəhlulzadə, Rəsul Rza və Lətif Kərimov kimi korifeyləri səmərəli fəaliyyət göstərirdilər.
Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə başladı. Həmin illərdə respublikada dünya mədəniyyətinin Qara Qarayev və Fikrət Əmirov, Niyazi və Səttar Bəhlulzadə, Rəsul Rza və Lətif Kərimov kimi korifeyləri səmərəli fəaliyyət göstərirdilər.
Nəhəng dövlətin xalqları Azərbaycanı özləri üçün yenidən kəşf edirdilər:
faşizmin darmadağın edilməsindəki görkəmli xidmətlərinə görə Bakı
ölkənin ən yüksək mükafatına layiq görülürdü. Simferopolda və Sembek
yüksəkliyində Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmancasına döyüşən
Azərbaycan diviziyalarının şərəfinə monumental abidələr ucaldıldı.
Heydər Əliyevin sayəsində Stalin istibdadının qurbanları olan Mikayıl
Müşviq, Hüseyn Cavid kimi gökəmli şairlər və digər yaradıcı adamlar
unutqanlıq əsarətindən qurtuldu.
Azərbaycan neft-maşınqayırma, məişət kondisionerləri, elektrik
mühərrikləri, elektrotermik avadanlıq, soyuducular, sintetik kauçuk,
elektrik kabelləri, boru prokatı və başqa məhsullar buraxılışı sahəsində
sabiq SSRİ-də qabaqcıl mövqelərə çıxdı. Respublikada sənayenin
inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəldi:
kompüterlər, elektronika cihazları istehsal edən zavodlar. Azərbaycan ən
böyük üzüm, tezyetişən tərəvəz, çay, tütün istehsalçısı oldu. Xəzərin
nadir balıq sərvətləri nəzərə çarpacaq dərəcədə artdı, vaxtilə
istifadəsiz qalmış Abşeron təpələrinin yamaclarında təzə parklar və
meşələr salındı.
Bütün bunlarla yanaşı ictimai mühit sosialist itkili təfəkkür tərzindən
təmizləməyə, milli ruhu əsarətdən qurtarmağa, xalqın həyatının
mahiyyətini təşkil edən bütün elementlərin sağlamlaşdırılmasına
yönəldilmiş digər işlər də aparılırdı.
Minlərlə gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə -
Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə, Voronejə göndərilirdi. Bu
nəslin üzərinə Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün
problem və məsələlərini həll etmək vəzifəsi düşürdü. Heydər Əliyevin
bəyan etdiyi "Qoy ədalət zəfər çalsın" şüarı həmin günlərin
mənəvi-psixoloji mühitini müəyyənləşdirirdi. SSRİ-də ilk dəfə məhz
Azərbaycanda korrupsiyaya, mafiyaya, tayfabazlığa qarşı genişmiqyaslı
müharibə elan edilmişdi. Bütün bunlar həyat tərzini, standart əxlaq,
davranış qaydalarını, ünsiyyət, qarşılıqlı münasibətlərin keyfiyyətini
son dərəcə dəyişdirdi. 70-80-ci illər Azərbaycan tarixində hərtərəfli,
köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq, düzlük, doğruluq,
xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formalaşma dövrüdür.
Liderin taleyi və xarakteri sanki millətin taleyi və xarakterinə də
sirayət etmişdi.
Комментариев нет:
Отправить комментарий