суббота, 18 мая 2013 г.
Гейдару Алиеву посвящается...
Гейдару Алиеву посвящается...
Пусть вечной будет имя твое!
Пусть каждый помнит честь твою!
Хоть нет сейчас тебя на свете,
В Азербайджане жив ты вечно!
Тебя, Гейдар мы не забудем!
О тебе мы помнить будем!
Родину любил ты сильно
И стоял за ней ты смело
Как сейчас стоит Ильхам,
Наш президент и наш Ислам!
Ученица 10 д
класса шк.-лицея №267 г.Баку
Сабина Сафарова
воскресенье, 12 мая 2013 г.
суббота, 11 мая 2013 г.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda Gül bayramı təşkil edilmişdir
AzərTAc xəbər verir ki, səhər tezdən başlayaraq paytaxtımızın
sakinləri ilə yanaşı, şəhərimizin qonaqları da dünyanın bir sıra
ölkələrindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parkı həvəslə ziyarət
edirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda çiçək və
bitkilərdən, yarpaqlardan hazırlanmış rəngarəng kompozisiyalar görünüşü
və ifadəliliyi ilə seçilir, ziyarətçilərdə xoş ovqat yaradır.
Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu
Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş,
postament ağ güllərlə hörülmüşdür.
Sakinlər başdan-başa bahar ətirli güllərə qərq olmuş parkın gözəlliyini seyr edərək burada xatirə şəkilləri çəkdirirlər.
Parkda gəzintiyə çıxanlar sırasında hər yaşdan, müxtəlif millətlərdən olan insanları görmək mümkündür.
Parkdakı al-əlvan gül-çiçək çələnglərinə tamaşa edərkən bir daha bu
bayramın Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq məhəbbətinin və
minnətdarlığının böyük təntənəsi olduğunu hiss edirsən. Parkboyu
sərgilənmiş gül kompozisiyaları, onlardan hörülmüş fiqurlar, dünyanın
fərqli yerlərindən paytaxta gətirilmiş nadir çiçəklər və bitkilər,
tətbiqi sənət nümunələri, rəsm, plakat, panno və müxtəlif əl işləri
hamını heyran edir.
Gül bayramında Nəsimi rayonundakı təhsil müəssisələrinin
hazırladıqları çoxsaylı əl işləri nümayiş etdirilir. Bu işlərdə 50
mindən artıq güldən istifadə edilmişdir. Həmin işlərin fonunda gül
bayramı açıq havada düzəldilmiş əsrarəngiz muzey təəssüratı yaradır.
Rayonun ali, orta ixtisas və ümumi təhsil məktəblərinin, səhiyyə
müəssisələrinin, uşaq yaradıcılıq mərkəzinin şagirdlərinin müxtəlif
çiçək və güllərdən, bitkilərdən hazırladıqları rəngarəng tablolar,
applikasiyalar Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının
diqqətini daha çox cəlb edir.
Bakı şəhərinin orta məktəblərinin təqdim etdikləri güldən
kompozisiyalar xüsusi maraq doğurur. Bu əsərlər yaradıcılarının böyük
istedadından və özünəməxsus fantaziyasından xəbər verir.
Parkdakı fəvvarələr güllərlə bəzədilmiş, gözəl və rəngarəng gül
kompozisiyaları, müxtəlif fiqurlar arasında ümummilli lider Heydər
Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva ilə
bağlı əl işləri də yer almışdır.
Burada müxtəlif dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki
kollarından, gözoxşayan eksponatlardan ibarət sadə və eyni zamanda
orijinal üslublu kompozisiyalar qurulmuşdur.
Bu ürəkaçan mənzərəni heyranlıqla seyr edərkən bir daha əmin olursan
ki, ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə sevgisi, Azərbaycan
təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də böyük hörmət və
məhəbbətlə xatırlanır. Çünki builki gül bayramında hər yan göz oxşayır,
hər tərəf al-əlvan rəngə bürünmüşdür. Boyaların, rənglərin gözəlliyi bu
məkanı ziyarət edən hər kəsdə xoş ovqat yaradır.
Parkdakı kompozisiyalar insanları dönə-dönə ayaq saxlamağa, dahi
şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin gözləri ilə baxmağa
vadar edir. Maraqlısı odur ki, minlərlə çiçəyin bir arada toplandığı bu
məkanda heç nə bir-birini təkrarlamır.
Şəhər sakini Nigar Zamanzadə deyir: Belə bir xoş ənənə ümummilli
liderin adını əbədiləşdirəcəkdir. Çünki bu bayram nəinki dahi şəxsiyyət
Heydər Əliyevin əziz xatirəsinə ümumxalq ehtiramının təntənəsidir,
həmçinin gözəl paytaxtımızı əlvan və rəngarəng güllərlə, çiçəklərlə
boyayır.
Güllərlə bəzədilmiş bu rəngarəng parkda gəzintiyə çıxan digər paytaxt
sakini Mirzə Paşayev də digərləri kimi rəngarəng gül kompozisiyalarına
tamaşa edərkən öz heyrətini saxlaya bilmir. Deyir ki, hər il məhz bu
günü səbirsizliklə gözləyirik. Çünki hər il Gül bayramının ümumxalq
təntənəsi ilə qeyd edilməsi ölkəmizin inkişafı, paytaxtımızın getdikcə
gözəlləşməsindən əlavə, insanların qəlbində əsl bahar ovqatı yaradır.
Təsadüfi deyildir ki, bu möhtəşəm bayramı seyr etmək üçün şəhərimizi
ziyarətə gələn xarici qonaqların da sayı ildən-ilə artmaqdadır.
Azərbaycan xalqının ümummilli liderinin abidəsinin ucaldığı parkda
gül bayramının təşkil olunması dahi şəxsiyyətin ruhuna ehtiram əlaməti
olmaqla yanaşı, həm də paytaxt sakinlərinin xoş istirahətinin təşkili
baxımından da gözəl addımdır.
четверг, 9 мая 2013 г.
10 may 2013-cü il - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur
10 may 2013-cü il - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur
Xalqımızın qəlbində və dövlətimizin tarixində özünə
əbədiyyət abidəsi ucaltmış ümummilli liderimiz Heydər Əliyevin
fəaliyyətinin hər mərhələsi Azərbaycanın yüksəliş mərhələləri ilə
üst-üstə düşür. Tarixi gerçəklik ondan ibarətdir ki, Azərbaycana
rəhbərlik etdiyi ilk günlərdən etibarən milli müstəqillik duyğularının
reallaşmasına çalışan ulu öndər Heydər Əliyev xalqımızı dünyanın ən
inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin
zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün əlindən gələni
əsirgəməmişdir.
Dahi şəxsiyyət öz parlaq zəkası və istedadı sayəsində yeni
Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan
yolları müəyyənləşdirmişdir. Məhz buna görə də Azərbaycan tarixinin
1969-cu ildən sonrakı dövrü tariximizə Heydər Əliyev dövrü kimi həkk
olunmuşdur.
Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əslində 1969-cu
ildən - məhz ümummilli liderimizin hakimiyyətə gəlişindən sonra
başlamışdır. Əslində azərbaycançılığın ən parlaq səhifələri də elə həmin
illərdən etibarən yazılmışdır. Bu baxımdan Heydər Əliyevin respublika
rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli
özünəqayıdışın başlanğıcı kimi qəbul edilir.
Ulu öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini
də məhz xalqın milli özünüifadəsinin geniş vüsət alması, milli qürur
hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli
inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Bu isə
Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub, müstəqil
dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.
Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə
respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi,
xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik
ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaratmışdır. Sərt
sovet rejiminin qadağalarına baxmayaraq cəsarətlə Azərbaycanda milli
ruhun sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək
yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır.
Azərbaycanlı gənclərin keçmiş sovetlər ittifaqının nüfuzlu ali
məktəblərində təhsillərini davam etdirməsi, elmi və kadr potensialının
yüksəldilməsi, milli zabit kadrlarının hazırlanması üçün Cəmşid
Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması gələcəyə tuşlanan
uzaqgörən addımlardan idi. Ümummilli lider respublikaya birinci
rəhbərliyi dövründə Azərbaycan dilinə dövlət dili statusu qazandırmağa
nail olmuş, dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər
addım atılaraq 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət
dili statusu təsbit edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin birinci dəfə Azərbaycana
rəhbərlik etdiyi dövrdə ölkə iqtisadiyyatı da intensiv və ekstensiv
inkişaf etmişdir. 1969-1982-ci illərdə respublikada yüzlərlə yeni
müəssisə, istehsalat sexləri tikilmiş, neftayırma müəssisələri tamamilə
yenidən qurulmuş, iri elektron, elektrotexnika, radiotexnika,
cihazqayırma sənayesi zavodları və s. inşa olunmuşdur. 70-ci illərdən
başlayaraq iqtisadi potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün
iqtisadi inkişafının növbəti mərhələsi kimi tarixən zəruri olan azadlıq
mübarizəsinə də daxilən hazırlamışdır. 80-cı illərin sonu, 90-cı
illərin əvvəllərində müstəqillik hərəkatının geniş vüsət alması Heydər
Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi
fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül
tapması sayəsində mümkün olmuşdur.
Azərbaycanın faktiki olaraq bir dövlət kimi qurulması, bu dövlətin
fəaliyyəti üçün zəruri əsasların formalaşdırılması dövrünün məhz Heydər
Əliyevin ölkəyə birinci rəhbərliyi illərinə təsadüf etməsi danılmaz
gerçəklikdir.
Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki
Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi.
1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərk
edir ki, ulu öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin
qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail
oldu.
1993-cü ilin ortalarında Azərbaycan bir dövlət kimi məhv olmaq
təhlükəsi ilə üz- üzə qalmışdı. Xalqın təkidli tələblərinə cavab olaraq
yenidən hakimiyyətə qayıdan müdrik rəhbərimiz Heydər Əliyev dahi
uzaqgörənliyi ilə çox ciddi ictimai-siyasi problemlərlə, vətəndaş
müharibəsi, düşmən təcavüzü ilə üzləşmiş Azərbaycanın parçalanmasının,
müstəqilliyinin itirilməsinin qarşısını aldı. Dözülməz həddə çatmış
anarxiya aradan qaldırıldı, ictimai-siyasi sabitlik qısa zaman ərzində
təmin edildi. Xarici ölkələrlə pozulmuş münasibətləri qaydaya salan,
Azərbaycanı sülh, sabitlik, milli-dini tolerantlıq məkanına, fərqli
mədəniyyətlərin dialoq meydanına çevirən ulu öndər ölkəmizin demokratik
inkişaf yolunu müəyyənləşdirmiş, Azərbaycan dövlətinin siyasi
platformasını, iqtisadi əsaslarını, mənəvi və əxlaqi konsepsiyalarını
yaratmışdır. Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin
daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl bir
dövlətçilik ideologiyası formalaşdırmışdır.
Ulu öndər həm də Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyinin
üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə
edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlər
imzalamaqla ölkəmizin iqtisadiyyatını yüksəliş yoluna çıxarmağa nail
olmuşdur. Bakıda 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin
imzalanması, bir sıra digər müqavilə və layihələrin gerçəkləşdirilməsi
Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın
iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata
keçirilməsinin parlaq təzahürüdür.
Görkəmli dövlət başçısı Heydər Əliyevin Azərbaycan dövləti və
Azərbaycan xalqı qarşısında danılmaz xidmətləri qat-qat çoxdur. O, bütün
siyasi fəaliyyəti dövründə azərbaycanlıların monolit birliyinin
yaranmasına, qırılmaz həmrəyliyinin formalaşmasına, müstəqil Azərbaycan
dövləti ətrafında sıx birləşməsinə və vahid bir milli ideya ətrafında
toplaşmasına nail olmaq yolunda yorulmadan səy göstərirdi. Həm də
talelərinə dünyanın müxtəlif ölkələrində yaşamaq qisməti düşmüş
soydaşlarımızın belə bir mənəvi birliyə daha çox ehtiyacları vardı.
Dünya azərbaycanlılarının ölkəmizin milli mənafeləri ətrafında bir araya
gətirilməsi, azərbaycançılıq ideologiyasının milli birliyin ən aparıcı
amilinə çevrilməsi Heydər Əliyevin Azərbaycanımıza verdiyi minlərlə
töhfələrindən biridir.
Yenidən hakimiyyətə qayıdışı ilə yeni dövrün tələblərinə uyğun,
yalnız hüququn aliliyinə əsaslanaraq idarəetmə sistemini formalaşdıran
mudrik rəhbərimizin qısa müddət ərzində dahi uzaqgörənliklə yaratdığı
mükəmməl idarəetmə sistemi Azərbaycanın bir dövlət olaraq iqtisadi və
siyasi cəhətdən möhkəmlənməsinə, dünyanın ən qüdrətli dövlətlərinin
strateji tərəfdaşına çevrilməsinə səbəb olmuşdur.
Azərbaycanda siyasi hakimiyyətin Heydər Əliyevin yaratdığı
dövlətçilik təməli üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi
zərurəti üzərində düşünərkən təsdiqini tapmış belə bir həqiqəti dərk
edirik ki, Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi onun özündən
sonra siyasi kursunu hamıdan yaxşı davam etdirərək, Azərbaycanın
müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını
hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini - İlham Əliyevi
yetişdirməsi olmuşdur.
Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan
hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf
edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız
ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə
demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi
nailiyyətlərə imza atır. Dövlətimizin başçısı respublikanın
sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə prosesini
bir-birindən ayırmadan hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin
mühüm şərti hesab edir. Prezident İlham Əliyev çıxışlarında hər zaman
bildirir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin
zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin
qorunmasından, vətəndaş cəmiyyətinin inkişafından asılıdır.
Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki,
respublikamız yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl
ölkələrindən birinə çevriləcəkdir.
Xalqımızın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin də
arzuladığı, uğrunda fədakarlıqla çalışdığı məqsədlərdən biri də məhz bu
idi.
Faşizm üzərində qələbədən 68 il ötür
Faşizm üzərində qələbədən 68 il ötür
Bu müharibədə Azərbaycandan 660 min nəfər iştirak edib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb
Bu gün alman faşizmi üzərində
tarixi qələbədən 68 il keçir. APA-nın verdiyi məlumata görə, faşizm
üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.
Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda
tədbirlər keçirilir.
Qeyd edək ki, 1939-cu il
sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı
əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı
müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il
iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə
hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası
üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının
sancılması ilə başa çatıb.
Bu müharibədə Azərbaycandan
660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə
qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min
soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki
dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet
İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev,
Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik
Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov,
Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin
tarixinə qızıl hərflərlə yazılıb.
İkinci Dünya müharibəsində
Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə
Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və
bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə,
müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22
milyon ton benzin və digər neft məhsulları veriblər.
Подписаться на:
Сообщения (Atom)


