"Azərbaycan qadını naminə"
"Azərbaycan qadını naminə" kitabı
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşridir. Kitab
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan
Respublikasında Qadın Siyasəti haqqında" Fərmanının imzalanmasının 10
illiyinə həsr olunur.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin qadın siyasətini ən müxtəlif cəhətlərdən açıqlayan çoxsaylı
çıxış və müraciətləri var. Bu kitabda həmin sənədlərin əksər hissəsi yer
almışdır.
Kitaba Azərbaycan xalqının böyük
oğlu Heydər Əliyevin qadınların ali məclislərindəki çıxışları, qadın
bayramları ilə əlaqədar təbrikləri, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Beynəlxalq Qadınlar Günü və müxtəlif
tədbirlərlə bağlı Azərbaycan qadınlarına təbrik məktubları daxil
edilmişdir. Kitaba həmçinin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çıxışları və
"Bakı" jurnalına müsahibəsi daxil edilmişdir. "Azərbaycan
Respublikasında Qadın Siyasəti haqqında" Fərmanın "Gender bərabərliyi
haqqında" Qanunun mətni də kitaba daxil edilən sənədlərdəndir.
Комментариев нет:
Отправить комментарий