Heç kim unudulmur , heç nə yaddan çıxmır!
20 noyabr Qarakənd üzərindəki vertolyot faciəsi

Qarakənd üzərindəki vertolyot faciəsi
Mİ-8 xüsusi silahla vurulub
1991-ci il noyabrın 20-də Mİ-8 N72 hərbi vertolyotunda həlak olanları bir daha xatırladırıq:
- Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
- Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
- İqor Aleksandiroviç Plaviski – QMB-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov – QMB-nin Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini
- Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
- Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev – telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
- Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü
Qarakənd istiqamətində uçan vertolyota Qurban Namazəliyev, Tofiq
İsmayılov, Sanlal Serikov, Rafiq Məmmədov, Vəli Məmmədov, Məhəmməd
Əsədov, Zülfi Hacıyev
Allah rəhmət eləsin!
22 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun
Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə
tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot
qəzaya uğrayıb.
Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında
Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət
Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov,
SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident
Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin
başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin
Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan
hərbi müşahidəçiləri də olub.
İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması
ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib.
Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu
tərəfindən cinayət işi açılıb və istintaqın davam etdirilməsi üçün
Respublika Prokurorluğuna verilib.