Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

вторник, 31 декабря 2013 г.

Yeni İliniz və Həmrəylik Gününüz Mübarək!

Yeni 2014 - cü İliniz və Həmrəylik Gününüz Mübarək!

 

 


Hamınızı qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edirəm. Qoy yeni il sizə yalnız gözəl, sevincli günlər gətirsin!

вторник, 24 декабря 2013 г.

Azərbaycan Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə ürəkdən təbrik edirik!

Hər bir azərbaycanlı kimi azad ölkəmizin  Ali Baş Komandanı Azərbaycan Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə ürəkdən təbrik edirik!

 

 

 


 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Bolqarıstan Prezidenti Georgi Pırvanov, Dağıstan Prezidenti Maqomedali Maqomedov, Moldova Prezidentinin vəzifəsini icra edən Mixay Gimpu, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Latviya Prezidenti Valdis Zatlers, Özbəkistan Prezidenti İslam Kərimov, Kabardin-Balkar Prezidenti Arsen Kanokov, İnquşetiya Prezidenti Yunusbek Yevkurov, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Sergey Mironov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Jak Diuf, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev və MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Mixail Krotov Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.
Dövlət başçıları İlham Əliyevə ən xoş təbriklərini yetiriblər, cansağlığı, səadət, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıblar.

 

среда, 18 декабря 2013 г.

İlham Əliyev “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimdə iştirak etmişdir

17 dekabr 2013
26957
Bakıda, Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olmuşdur.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları mərasimdə iştirak etmişlər.
“Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.
1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.
"Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Razılaşmaya əsasən, müqavilə iştirakçıları "bp" (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%-dir. "Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır. Sözügedən dəniz qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin dəyəri isə 25 milyard dollar qiymətləndirilir.
Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.
Qeyd edək ki, "Şahdəniz"in işlənməsi üzrə konsorsium iyun ayının sonunda qazın Avropa bazarlarına tədarükü üzrə marşrut qismində Trans-Adriatik boru kəmərini (TAP) seçib. TAP boru kəmərinin ilkin gücü ildə 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr təşkil edəcək. Qazın Türkiyə ərazisi ilə nəqli üçün Trans-Anadolu qaz kəməri (TANAP) tikiləcək ki, bu da tədarükü Avropa sərhədlərinədək təmin etməyə imkan verəcək.



XXI ƏSRİN MÜQAVİLƏSİ