Heydər Əliyev azərbaycançılığı haradan və necə başladı... |
|
|
понедельник, 29 апреля 2013 г.
Heydər Əliyev azərbaycançılığı haradan və necə başladı...
понедельник, 22 апреля 2013 г.
среда, 10 апреля 2013 г.
Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm
Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm
Hər bir insanın həyatında əsas rolu olan kimlərisə olur. Bu həmin
insanın anası, atası, müəllimi və başqa yaxını və hətta kənar adam ola bilər. Həyatını,
sağlamlığını, hətta deyərdim ki, bütün varlığını həmin insanın yaşaması, həyatda
özünə layiqli yer tutması üçün fəda edən pərvanə insanlar...
Bu gün onlardan birisi haqqında sizlərlə bölüşmək
istərdim. Onu nəinki ölkəmizdə hətta sərhədlərimizdən çox-çox uzaqlarda belə hər kəs tanıyır. “Azərbaycanlıyam”
– deyən kimi, ixtiyari xarici ölkə vətəndaşının dediyi ilk söz: “Sizin milli
lideriniz Heydər Əliyevdir” kəlamı hər bir azərbaycanlıda fəxr hissi oyadır.
Bəli, bizim Ümummilli liderimiz, fəxrimiz, ölkəmizi
sərhədlərindən çox-çox uzaqlarda tanıdan, vətənimizin adını yüksəklərə
qaldıran, dilimizi, dinimizi, mədəniyyətimizi, millətlər arası münasibətlərdə
tolerantlığımızı qoruyub gələcək nəsillərə miras qoyan əsil azərbaycanlı - Heydər
Əlirza oğlu Əliyev...
Bəli, kiminsə həyatında rolu olan bir əziz insanı
olur. Millətin, xalqın həyatında əvəzsiz rolu olan Böyük insan – onun Ümummilli
lideri Heydər Əliyevdir.
Hərdən adamı təəccüb götürür. Bir insan ömrünə necə
sığışır Onun gördüyü işlər? Axı adi insan həyatı boyu nə qədər işlər görə bilər?
Özü üçün, vətəni üçün, ailəsi üçün hər hansı bir ata həyatı boyu nələrisə edir.
Heydər Əliyev isə öz həyatını bütünlüklə milləti, xalqı, vətəni üçün fəda edərək,
ölkəmizin suverenliyi və tərəqqisi, müstəqil Azərbaycanın təşəkkülü və
inkişafına həsr etmişdir.
Heç kəsə sirr deyil ki, 34-illik hakimiyyəti
dövründə Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı
olmuşdur. Ən çətin vaxtlarda Azərbaycana gəlmiş Ulu Öndər xarabalıqlar üzərində bir
memar dəqiqliyi ilə vətənimizi yenidən qurmuş, yaşatmış və inkişaf etdirərək
çiçəkləndirmişdir.
Tariximiz boyu Tanrı bizi çox sınaqlara çəkib və nə
yaxşı ki, çətin anlarımızda ondan imdad diləyən analarımızın səsini eşidib və
bizə Heydər Əliyev dühası bəxş edib.
Acı qanlar bahasına uzun illər həsrətində olduğumuz
müstəqilliyimizi 1991-ci ildə qazanmağımıza baxmayaraq, 1993-cü ildə itirmək təhlükəsi
vardı. O vaxt ölkədə olan qarışıqlıq, anarxiya, xaos, 1993-cü ilin iyununda ölkədə
vətəndaş müharibəsi,qardaş qırğını təhlükəsi yaratmışdı, nəinki müstəqilliyimizin
itirilməsi, bütövlikdə Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi
vardı.
Tarixə nəzər salsaq, çox uzaq olmayan 1918-1920-ci
illərdəki müstəqilliyi qoruyub saxlaya bilməməyimiz buna bir sübutdur. Hətta
1988-1990-ci illər, ermənilərin Dağlıq Qarabağı ayırmaq tələbləri, Sumqayıt
hadisələri, hegemonluğunu itirmək istəməyən imperiyanın Bakıda törətdiyi Qanlı
Yanvar hadisələri və səriştəsiz rəhbərlərin yeritdiyi siyasət nəticəsində
torpaqlarımızın 20%-dən çoxunu itirməyimiz də bunun acı nəticəsidir.
Ölkənin, xalqın qüclü bir liderə ehtiyacı var idi.
Və xalqın tələbi və təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Bu, çox
böyük bir tarixi hadisə, Azərbaycan xalqının həyatında yeni bir dönüş nöqtəsi
idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqil şəraitdə yaşamaq imkanı əldə
etdik.
Bəli, Azərbaycanı
parçalanma və məhv olma təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət
Heydər Əliyev idi. Və buna görə də xalqın qəti iradəsi ilə, demokratik və
qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıdan Azərbaycan xalqının Böyük oğlu,
Ümummilli lider statusunu qazanmışdır.
Azərbaycanda yeni tarixi mərhələ - dövlət müstəqilliyinin
möhkəmləndirilməsi dövrü başlandı. Beləliklə, tale özü Azərbaycanı yenidən dirçəltmək,
onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir missiyanı məhz Heydər
Əliyevə həvalə etdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz
xilas edildi. AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN ANDİÇMƏ MƏRASİMİNDƏki NİTQində dediyi kimi:
<<Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas
vəzifələrdən biri Respublikanın dövlət
quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan
etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi
dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət
göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya
demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik
dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir
daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik.>>
Və məhz bu yolla gedən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə
uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artıraraq, hərtərəfli
inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Azərbaycan Heydər
Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə
çevrilmişdir. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən
Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət
xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş
yaratmışdır. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar
Azərbaycana ciddi diqqət yetirməyə başlamışlar. Ən çətin anlarda belə Heydər
Əliyev yenilməz siyasi iradə,qətiyyətli mövqe və müdriklik nümayiş etdirmişdir.
Ümummilli lider Heydər Əliyevin Lissabon sammiti
zamanı göstərdiyi müdriklik xalqımızın tarixinə qızıl hərflərə yazılmışdır. Neçə
illərdən bəri Ermənistan havadarları ilə birlikdə dünya diplomatiyası sahəsində
Azərbaycanın düşmən obrazını yaratmış, nəticədə ölkəmiz siyasət aləmində təklənmişdi.
Məzh Lissabon sammitində Heydər Əliyev Azərbaycan haqqında yaranmış
qeyri-obyektiv münasibəti və səhv baxışları alt-üst etdi. Onun uzaqgörən siyasəti,
BMT-nin yüksək kürsüsündən çıxışları nəinki Avropanı, bütün dünyanı Azərbaycan
haqqındakı qeyri-obyektiv mövqeyini dəyişməyə məcbur etdi. Bunun bariz nümunəsi
məzh Lissabon sammitində qoyuldu ki, burada səsvermədə 52 dövlət Azərbaycanı müdafiə etdi. Bu, böyük qələbəni xalqımıza məzh Heydər Əliyev qazandırdı.
Ümummilli lider Heydər Əliyevin müdrik daxili və
xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun
formalaşdırılması, beynalxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində
böyük işlər görülmüşdür. Ulu öndərimiz Heydər Əliyev dünyanın bir çox aparıcı
dövlətlərinin rəhbərləri, nüfuzlu beynalxalq təşkilatlar və işgüzar dairələrdə
yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin
mövqeyini dünyaya çatdırmışdır. İşğal edilmiş torpaqlarımızın azad olunması
istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdülməyə başlanmışdır. «Əsrin müqaviləsi» imzalanmış, təhsilimiz, iqtisadiyyatımız
yenidən qurulmağa başlanmış, elmimiz dünya təhsil sisteminə inteqrasiya olunmuşdur.
Umümmilli liderimiz Heydər
Əliyevin hakimiyyətə qayıdışı ilə təhsil sahəsində gördüyü işlər, təhsil sistemində islahatlar sadə azərbaycanlı müəllimi kimi məni də hədsiz
sevindirir. Onun müəllim adını hər şeydən üstün tutması qəlbimi fərəhlə
doldurur:
<< Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.>>
<< Biz hamımız həyatımızda əldə etdiyimiz
nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.>> deyən Ulu
öndərimiz gördüyü işlərlə bunu bir daha sübuta yetirir.
Adətən insan
ömrünü onun gördüyü işlərin miqyası,dəyəri ilə ölçürlər. O insanlar
dünyada,tarixdə əbədilik qazanırlar ki, onlar Tanrının bəxş etdiyi qeyri-adi
istedadlarını, fövqəl güclərini, iradələrini insanların xoşbəxtliyi,xalqlarının
azadlığı, dövlətlərinin çiçəklənməsi üçün sərf edirlər.Bu baxımdan xalqımızın
böyük oğlu,dünya şöhrətli ictimai-siyasi xadim,Ümummilli lider Heydər
Əliyevin 80 illik ömrü tariximizə qızıl hərflərlə həkk olunmuş, dünya tarixində
layiqli yer tutmuş, nadir şəxsiyyətlər cərgəsində dayanmışdır.
Ümummilli liderimizin zəngin həyatı həmişə
təhsillə bağlı olmuşdur:
<<Məktəb,maarif,təhsil işi ilə həmişə
sıx bağlı olmuşam…Hesab edirəm ki,cəmiyyət haradan olursa olsun,nədən olursa
olsun,kəsib təhsilə xərcləməli,gənc nəslin təhsilinə ,müəllimə kömək
etməlidir.Bu,mənim prinsipal mövqeyimdir.>>
Bu kəlamlar böyük rəhbərimizin təhsilə nə
qədər önəm verdiyinin təzahürüdür.
<<Təhsil millətin gələcəyidir.>>
deyən Ümumilli liderimiz Heydər Əliyev təhsil sistemimizdə olan problemlərin
optimal həlli üçün Azərbaycan tarixində ilk dəfə Təhsil sahəsində islahatlar aparılması
üçün tapşırıqlar vermiş,bu məqsədlə 1998-ci il martın 30-da Prezident sərəncamı
ilə Azərbaycan Respublikasında Təhsil Sahəsində İslahatlar üzrə Təhsil naziri
M.Mərdanovun sədirliyi ilə Dövlət Komissiyası yaradılmışdır.
1998-ci ildə müstəqil Azərbaycan
müəllimlərinin 1-ci qurultayı keçirilmiş və xalqımızın böyük oğlu Heydər Əliyev
qurultayda tarixi çıxış etmişdir.Bu çıxış təhsil işçilərinin qarşısında duran
vəzifələrin həlli üçün bir proqram idi.Qurultayda təhsil tariximizdə ilk dəfə
Respublika Təhsil Şurası yaradılmışdır.
Ulu öndər 1999-cu ilin iyunun 15-də Milli
Qurtuluş günündə Təhsil Sahəsində İslahat Proqramını xüsusi sərəncamla təsdiq edərək
təhsil sistemində islahatların əsas məqsədini müəyyən etmişdi:
<<Təhsil sistemində islahatların əsas məqsədi
ondan ibarətdir ki,Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin
standartlarına uyğunlaşdırılsın….On illərlə əldə etdiyimiz təhsil
prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir.Əgər biz bu yolla
gedəriksə,qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına
çatdıra bilərik>>.
Ümummilli liderimizin rəhbərliyi,tövsiyəsi
ilə hazırlanmış proqramlar,strateji yol Azərbaycan təhsilinin, onun
maddi-texniki bazasının uzunmüddətli,dinamik inkişafını təmin etmişdir: <<Məktəbə, təhsilə qayğı və kömək Azərbaycan dövlətinin siyasətində
mühüm yer tutur.>>
Ulu öndərimizin daxili və xarici
siyasəti,iqtisadi plan və proqramları bu gün Heydər Əliyev məktəbinin layiqli
yetirməsi, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam
edir və edəcək.
Respublikamızın Prezidenti cənab İlham Əliyev
Ümumilli liderimizin ideyalarını ləyaqətlə davam etdirərək təhsilimizin
inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə
böyük diqqət yetirir.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyeva bu gün Azərbaycan
təhsilinin qayğıkeşidir.
<<Məktəblərimizdə
Azərbaycan dövlət müstəqilliyinin, azadlığının mənası geniş tədris olunmalıdır.
Bu, çox əhəmiyyətlidir, çünki vətənpərvərlik hissləri insanlara uşaq
vaxtından aşılanmalıdır.>>
Bugünkü azərbaycan
məktəblisi böyük fəxarətlə Cavanşiri, Babəki, Tomrisi, Atabəy Şəmsəddin
Eldənizi, Uzun Həsəni, Qara Yusifi, Şah İsmayıl Xətaini, Səttarxanı,
M.Ə.Rəsulzadəni, F.Xoyskini, S.Mehmandarovu, Ə.Şıxlinskini və b. bu kimi bir
çox tarixi şəxsiyyətləri, onların vətən tarixində rolunu öyrənir.
|
XX yüzillikdə xalqın
daha bir Dahisi yetişdi-Heydər Əliyev. Mustafa Kamal Atatürk, Corc Vaşinqton, Cəvahirləl Nehru və başqaları kimi
Heydər Əliyev də dünya tarixində layiqli yer tutmuş tarixi yaradan idi, tarixin özü idi...
Tarix sübut edir ki, istənilən dövrdə hər hansı bir
xalqın qəhrəmanlıq salnaməsini dahi şəxsiyyətlər, xalqı öz arxasınca apara
bilən liderlər yazırlar. Bəli, Azərbaycanın müasir tarixini Ulu öndər Heydər
Əliyev vətənə təmənnasız xidmətiylə, qəlbində döyünən Azərbaycan eşqiylə, min
bir əzablarla, vətənpərvər dəyanətiylə yazdı. Ömrünü Azərbaycan Respublikasının
inkişafına, xalqımızın tərəqqisinə sərf etmiş Heydər Əliyevin fenomen bir
şəxsiyyət kimi ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi misilsiz işlər,
uzaqgörənliklə apardığı konstruktiv siyasi xətt, ümumiyyətlə, Heydər Əliyev
vətənpərvərliyi müasir gənclər üçün örnək olmalı və bir ibrət dərsi kimi
öyrədilməlidir.
Buna görə hər bir Azərbaycan müəlliminin ən əsas vəzifə borcu Vətənimizə layiqli şəxsiyyətlər, düşməndən
qisas ala biləcək vətənpərvər əsgərlər
yetişdirmək, müstəqil və demokratik Azərbaycanı yaşadacaq vətəndaşlar tərbiyə etməkdir.
Məmmədova Sənubər
Подписаться на:
Сообщения (Atom)