среда, 20 февраля 2013 г.
Heydər Əliyev milli əxlaqi dəyərlərimiz haqqında
Heydər
Əliyev milli əxlaqi dəyərlərimiz haqqında
Azərbaycan
xalqının arzusu və inamlı təkidi ilə ikinci
dəfə hakimiyyətə gələn ümummilli liderimiz
Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə
bütün sahələrdə, o
cümlədən təhsildə islahatlar həyata keçirilməyə
başlandı.
1999-cu
ildə ulu öndərimizin sərəncamı ilə
"Azərbaycan Respublikasının Təhsil
sahəsində İslahat Proqramı" qəbul olundu.
"2000-2005-ci
illərdə Azərbaycan Respublikasının Təhsil
sisteminin tərbiyə işinin İnkişaf Proqramı"
işlənib hazırlandı.
ümummilli
liderimiz Heydər Əliyev "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında" (18
iyun 2001-ci il), "Azərbaycan əlifbası və
Azərbaycan Dili Gününün təsis edilməsi haqqında"
(9 avqust 2001-ci il) fərmanlarını; "2 Fevral -
Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında"
(1 fevral 1997-ci il) sərəncamını;
"Gənclər siyasəti haqqında" (9 aprel 2002-ci
il) və "Uşaq hüquqları haqqında" (19 may
1998-ci il) Azərbaycan Respublikası Qanunlarını
imzaladı.
Heydər
Əliyev müxtəlif yığıncaqlardakı, görüşlərdəki,
tədbirlərdəki məruzə və çıxışlarında,
nitqlərində, bəyanatlarında təhsilə,
gənc nəslin milli tərbiyəsinə, onların milli
mənəvi dəyərlərə
yiyələnmələrinin vacibliyinə,
vətənpərvərliyə, adət və
ənənələrimizin qorunması və yaşadılmasına
aid çox qiymətli fikirlər irəli sürmüşdür.
Böyük
öndər deyirdi: "Heç vaxt iki xalq bir-birinə
bənzər dəyərlərə malik ola bilməz. Biz
indi dünyanın mütərəqqi mənəvi
dəyərlərindən istifadə edərək, xalqımızın
mədəni səviyyəsini daha da inkişaf
etdirərək gənc nəsli daha da sağlam
əhvali-ruhiyyədə, saf əxlaqi
əhvali-ruhiyyədə
tərbiyələndirməliyik...
Hər
xalqın öz adət-ənənəsi var, öz milli
mənəvi və dini dəyərləri var. Biz öz milli
mənəvi dəyərlərimizlə, öz dini
dəyərlərimizlə, adət və
ənənələrimizlə fəxr edirik. Əsrlərin
dərinliyindən bu günümüzə gəlib çatan
adət-ənənələrimiz həmişə adamları
saflığa, təmizliyə dəvət etmişdir".
ümummilli
liderimiz gəncləri həyatda fəal mövqe tutmağa,
vətəndaş mövqeyi nümayiş etdirməyə çağırırdı.
Ulu öndər deyirdi: "Hər bir insan gərək eyni
zamanda vətəndaş olsun. Dövlətinə sadiq,
millətinə sadiq, ənənələrinə sadiq,
xalqına sadiq vətəndaş olsun".
Heydər
Əliyev gənclərə, onların qüvvəsinə,
bilik və bacarığına inanır və yüksək
qiymətləndirirdi. O, ümumtəhsil məktəbləri
şagirdləri ilə "Bilik Günü"nə həsr
olunmuş tədbirlərdə, ali
məktəblərə qəbul olunmuş
tələbələrlə
görüşlərində gənc nəsli
biliklərə əzmlə yiyələnməyə,
vətənin ləyaqətli övladları olmağa
səsləyirdi: "Bizim məqsədimiz müstəqil
Azərbaycanın gələcəyi üçün daha bilikli,
zəkalı gənclər hazırlamaqdır...
«ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİ DÜŞÜNƏRKƏN»
«ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİ DÜŞÜNƏRKƏN»
Ş.Qurbanov adına şəhər 8 nömrəli orta məktəbin XI sinif şagirdi Humay
Məhərrəmova Azərbaycanın Təhsil Nazirliyi tərəfindən gerçəkləşdirilən
«Heydər Əliyev məktəblilərin gözü ilə» respublika inşa yazı
müsabiqəsinin nəticələrinə görə IV dərəcəli diploma layiq görülmüşdür.
Aşağıda Humay Məhərrəmovanın inşa yazısını ixtisarla oxucularımıza təqdim edirik.
Sevimli həmvətənlərim! Hər bir azərbaycanlı kimi mənim də qəlbimdə uca və möhtəşəm bir məhəbbət yaşayır. Heydər Əliyev məhəbbəti. Odur ki, qadir Allahdan bir diləyim var. Mənə qüdrət versin. Elə bir qüdrət ki, bənzərsiz həyat yaşamış, xalqımın tarix kitabının qızıl səhifələrini yazmış ulu öndər, dahi Heydər Əliyevə olan ülvi məhəbbətimi, hüdudsuz sevgilərimi ifadə edə bilim. Axı adi bir məktəbli üçün ürəyinin dərinliklərində coşub-çağlayan duyğulardan söz açmaq o qədər də asan deyil.
Xalqı zirvələrə qaldırmaq üçün,
Sevgi şahlığının taxtına çıxdın.
Oğul xalq üçündür, zirvə dağ üçün,
Nə yaxşı bu xalqın baxtına çıxdın.
Bəli, bu, şirin bir həqiqətdir. Heydər Əliyev Azərbaycan xalqının mənəvi sərvəti, bəxtinə düşmüş Tanrı payıdır! Nadir, təkrarsız şəxsiyyət, millətinin və məmləkətinin yeni tarixinin memarı, böyük düha, güclü və müstəqil Azərbaycanın, dünyanın sayğı göstərdiyi, istiqlalı dönməz, gündən-günə qüdrətlənən çağdaş Azərbaycanın qurucusur.
Əziz oxucum! Heydər Əliyev tarixi yaradan idi, tarixin özü idi. Tarix isə yalnız böyük dühaların parlaq əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünyanın tarix kitabına Şəmsəddin Eldəniz, Cavanşir, Babək, Qızıl Arslan, Şah İsmayıl Xətai kimi qüdrətli şəxsiyyətlərin adını qızıl hərflərlə yazmışdır.
XX yüzillikdə xalqın daha bir dahisi yetişdi-Heydər Əliyev. Atatürk, Vaşinqton, Nehru kimi Heydər Əliyev də dünyanın nadir simaları arasında layiqli yer tutdu. O, dünya tarixinin azərbaycanlı Dahisi oldu.
Aqillərdən biri demişdir: «Elə yaşa ki, öləndən sonra da ölməyəsən». Ölməzlik, həmişəyaşarlıq isə ancaq dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də məhz belə xoşbəxtlərdəndir. Bənövşə ətirli bir bahar günündə dünyaya göz açan bu bahar oğlu xalqına əbədi bahar gətirmiş,
Heydər Əliyev və Azərbaycan təhsili
Heydər Əliyev və Azərbaycan təhsili
Aqillər insan ömrünü onun xalqı,vətəni,dövləti üçün gördüyü işlərin
miqyası,dəyəri ilə ölçürlər.O insanlar dünyada,tarixdə əbədilik
qazanırlar ki,onlar Allah-Təala bəxş etdiyi qeyri-adi
istedadlarını,fövqəl güclərini,iradələrini insanların
xoşbəxtliyi,xalqlarının azadlığı, dövlətlərinin çiçəklənməsi üçün sərf
edirlər.
Bu baxımdan xalqımızın böyük oğlu,dünya
şöhrətli ictimai-siyasi xadim,ümummilli lider Heydər Əliyevin 80 illik
ömrü tariximizə qızıl hərflərlə həkk olunmuş, dünya tarixində layiqli
yer tutmuş, nadir şəxsiyyətlər cərgəsində dayanmışdır.Yarım əsrdən çox
xalqına əvəzsiz xidmət göstərmiş,ömrünü Azərbaycanın ,azərbaycanlıların
xoşbəxtliyi naminə şam kimi əritmiş,illərlə məzuniyyət
götürmədən,istirahət etmədən işləmiş ,20-ci əsrin sonlarında Azərbaycanı
dünya xəritəsindən silinmək təhlükəsindən xilas etmiş, sivil bir dövlət
qurmuş dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyev fonemi haqqında
ona layiq söz demək , xidmətlərini sadalaya bilmək qeyri-mümkündür.Buna
fövqəl istedad gərəkdir.Ancaq yenə də, ümummilli liderimiz haqqında bir
şey yazmaq arzusundan əl çəkmək mümkün deyil.
Ümummilli liderimizin zəngin həyatı həmişə təhsillə bağlı olmuşdur:
<<Məktəb,maarif,təhsil işi ilə həmişə sıx bağlı olmuşam…Hesab
edirəm ki,cəmiyyət haradan olursa olsun,nədən olursa olsun,kəsib təhsilə
xərcləməli,gənc nəslin təhsilinə ,müəllimə kömək etməlidir.Bu,mənim
prinsipal mövqeyimdir>>.
Bu kəlamlar böyük rəhbərimizin təhsilə nə qədər önəm verdiyinin təzahürüdür.
1993-cü ilin yayında xalqımızın təkid və tələbi ilə ikinci dəfə
Azərbaycana,hakimiyyətin ali kürsüsünə qayıdan Heydər Əliyevin
zəhməti,qayğsı ilə təhsil sistemimizdə əmələ gəlmiş
başıpozuqluğa,hərcmərcliyə son qoyuldu,təhsilin idarə edilməsinə
gətirilmiş səriştəsiz adamlar oradan
uzaqlaşdırıldı,peşəkar,bacarıqlı,işgüzar alimlər,müəllimlər yenidən öz
ali işlərinə-təhsilin idarə edilməsinə gətirildilər.Təhsil dövlətin
üstün inkişaf etdirilən prioritet sahəsinə çevrildi.<<Təhsil
millətin gələcəyidir>> deyən prezidentimiz Heydər Əliyevin
tapşırığı ilə təhsilə, təhsil işçilərinə dövlət qayğısı
artırıldı.Əvvəlcə 1-4 siniflər,sonra isə yuxarı siniflər üçün dərsliklər
dövlət vəsaiti hesabına çap olunmağa başladı.Müəllimlərin maaşı
mütəmadi artırıldı.
Ümumilli liderimiz Heydər Əliyev təhsil sistemimizdə olan
problemlərin optimal həlli üçün Azərbaycan tarixində ilk dəfə Təhsil
sahəsində islahatlar aparılması üçün tapşırıqlar verdi.Bu məqsədlə
1998-ci il martın 30-da Prezident sərəncamı ilə Azərbaycan
Respublikasında Təhsil Sahəsində İslahatlar üzrə Təhsil naziri
M.Mərdanovun sədirliyi ilə Dövlət Komissiyası yaradıldı.1998-ci ildə
müstəqil Azərbaycan müəllimlərinin 1-ci qurultayı keçirildi.Xalqımızın
böyük oğlu Heydər Əliyev qurultayda tarixi çıxış etdi.Bu çıxış təhsil
işçilərinin qarşısında duran vəzifələrin həlli üçün proqram
idi.Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası
yaradıldı.
Ulu öndər 1999-cu ilin iyunun 15-də Milli Qurtuluş günündə Təhsil
Sahəsində İslahat Proqramını xüsusi sərəncamla təsdiq etdi.Heydər Əliyev
təhsil sistemində islahatların əsas məqsədini özü müəyyən etmişdi:
<<Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir
ki,Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına
uyğunlaşdırılsın….On illərlə əldə etdiyimiz təhsil prinsipləri
gözlənilməli və inkişaf etdirilməlidir.Əgər biz bu yolla gedəriksə,qısa
bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra
bilərik>>.
Müstəqil Respublikamızın memarı Heydər Əliyevin qayğısı ilə Təhsil
İslahatı Proqramının əsas müddəaları Dünya Bankının maliyyə yardımı ilə
həyata keçrilməyə başladı.Təhsil Qanununun layihəsi ümumxalq
müzakirəsinə verildi.Ümumi orta təhsilin dövlət standartları hökümət
səviyyəsində təsdiq edildi.Azərbaycan təhsili dünyanın aparıcı
dövlətlərinin təhsilinə inteqrasiya edildi.Xüsusi istedadı olan
şagirdlərə və gənclərə diqqət artırıldı,adları <<Qızıl
kitaba>> salındı.İstedadlı gənclərə dövlət qayğısı Ana Qanunumuzda
öz əksini tapdı.
<<Təhsil sahəsi xalqımızın bu günü,millətimizin,dövlətimizin
gələcəyi üçün ən vacib bir sahədir>>deyən ümumilli liderimiz
Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən fərman, sərəncamlar
verdi:<<Azərbaycan Respublikasının təhsil sisteminin
təkmilləşdirilməsi haqqında>> 13 iyun 2000-ci il
tarixli,<<Dövlət dilinin tətbiq işinin təkmilləşdirilməsi
haqqında>> 18 iyun 2001-ci il tarixli, <<Azərbaycan
əlifbası və Azərbaycan dili günü (01.avqust) təsis edilməsi haqqında
09.08.2001- ci il tarixli bəyanat, <<Azərbaycan Respublikasında
dövlət dili haqqında>>, <<Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə>> 2 yanvar 2003-cü il tarixli fərman
təhsilimizi dünya standartları səviyyəsinə qaldırdı.Azərbaycan
tarixinin,ədəbiyyatının,coğrafiyasının öyrədilməsinə,mükəmməl dərsliklər
hazırlanmasına,xüsusilə Azərbaycan dilinin öyrədilməsinə, Dövlət dili
statusunda təbliğinə diqqət artırıldı.
Azərbaycan təhsilinin qayğıkeş hamisi ulu öndərimizin
<<Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi haqqında 4 oktyabr 2002-ci il tarixli
sərəncamı və həmin sərəncamla hazırlanmış xüsusi proqram sayəsində
Azərbaycanda dünya standartlarına uyğun müasir tipli məktəb binaları
tikilməyə başlandı.
Ümummilli liderimizin rəhbərliyi,tövsiyəsi ilə hazırlanmış
proqramlar,strateji yol Azərbaycan təhsilinin, onun maddi-texniki
bazasının uzunmüddətli,dinamik inkişafını təmin etmişdir.
Ulu öndərimizin daxili və xarici siyasəti,iqtisadi plan və
proqramları bu gün Heydər Əliyev məktəbinin layiqli yetirməsi, möhtərəm
prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edir və edəcək.
Respublikamızın Prezidenti cənab İlham Əliyev ümumilli liderimizin
ideyalarını ləyaqətlə davam etdirərək təhsilimizin inkişafına,təhsil
müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə böyük diqqət
yetirir.Azərbaycanın birinci xanımı,Heydər Əliyev Fondunun
prezidenti,YUNESKO-nun ,İSESKO-nun xoşməramlı səfiri,millət vəkili
Mehriban xanım Əliyeva bu gün Azərbaycan təhsilinin qayğıkeşidir.
Ölkə prezidenti İlham Əliyevin Respublikamızın məktəblərinin dünya
standartları səviyyəsində təmin olunması üçün <<Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin İnformasiya və Kommunikasiya
Texnologiyaları ilə təminatı proqramının (2005-2007-ci illər) təsdiq
edilməsi haqqındakı 21 avqust 2004-cü il tarixli sərəncamı,Prezident
sərancamları ilə təsdiq olunaraq hal-hazırda həyata keçirilən təhsilin
inkişafına dair 17 proqram Azərbaycan təhsilinin,təhsil müəssisələrinin
mütəmadi inkişafını təmin edir.
Xalqımız həmişə ümummilli liderimiz Heydər Əliyevə bəslədikləri
inam və məhəbbəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyevə bəsləyir,
onu daim dəstəkləyirlər.
Подписаться на:
Сообщения (Atom)


