Heydər
Əliyev milli əxlaqi dəyərlərimiz haqqında
1991-ci
ildə Azərbaycan müstəqilliyini əldə
etdikdən sonra təhsil sistemimizin təkmilləşdirilməsi,
yeniləşdirilməsi, müasirləşdirilməsi
istiqamətində səmərəli tədbirlər
həyata keçirilməsi zərurətə çevrildi. Müstəqil dövlətin müstəqil təhsil
sistemi olmalıdır. Bu müddəa əsas götürülərək
milli təhsilin formalaşdırılması
istiqamətində məqsədyönlü işlər görülməli
idi.
Azərbaycan
xalqının arzusu və inamlı təkidi ilə ikinci
dəfə hakimiyyətə gələn ümummilli liderimiz
Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə
bütün sahələrdə, o
cümlədən təhsildə islahatlar həyata keçirilməyə
başlandı.
1999-cu
ildə ulu öndərimizin sərəncamı ilə
"Azərbaycan Respublikasının Təhsil
sahəsində İslahat Proqramı" qəbul olundu.
"2000-2005-ci
illərdə Azərbaycan Respublikasının Təhsil
sisteminin tərbiyə işinin İnkişaf Proqramı"
işlənib hazırlandı.
ümummilli
liderimiz Heydər Əliyev "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında" (18
iyun 2001-ci il), "Azərbaycan əlifbası və
Azərbaycan Dili Gününün təsis edilməsi haqqında"
(9 avqust 2001-ci il) fərmanlarını; "2 Fevral -
Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında"
(1 fevral 1997-ci il) sərəncamını;
"Gənclər siyasəti haqqında" (9 aprel 2002-ci
il) və "Uşaq hüquqları haqqında" (19 may
1998-ci il) Azərbaycan Respublikası Qanunlarını
imzaladı.
Heydər
Əliyev müxtəlif yığıncaqlardakı, görüşlərdəki,
tədbirlərdəki məruzə və çıxışlarında,
nitqlərində, bəyanatlarında təhsilə,
gənc nəslin milli tərbiyəsinə, onların milli
mənəvi dəyərlərə
yiyələnmələrinin vacibliyinə,
vətənpərvərliyə, adət və
ənənələrimizin qorunması və yaşadılmasına
aid çox qiymətli fikirlər irəli sürmüşdür.
Böyük
öndər deyirdi: "Heç vaxt iki xalq bir-birinə
bənzər dəyərlərə malik ola bilməz. Biz
indi dünyanın mütərəqqi mənəvi
dəyərlərindən istifadə edərək, xalqımızın
mədəni səviyyəsini daha da inkişaf
etdirərək gənc nəsli daha da sağlam
əhvali-ruhiyyədə, saf əxlaqi
əhvali-ruhiyyədə
tərbiyələndirməliyik...
Hər
xalqın öz adət-ənənəsi var, öz milli
mənəvi və dini dəyərləri var. Biz öz milli
mənəvi dəyərlərimizlə, öz dini
dəyərlərimizlə, adət və
ənənələrimizlə fəxr edirik. Əsrlərin
dərinliyindən bu günümüzə gəlib çatan
adət-ənənələrimiz həmişə adamları
saflığa, təmizliyə dəvət etmişdir".
ümummilli
liderimiz gəncləri həyatda fəal mövqe tutmağa,
vətəndaş mövqeyi nümayiş etdirməyə çağırırdı.
Ulu öndər deyirdi: "Hər bir insan gərək eyni
zamanda vətəndaş olsun. Dövlətinə sadiq,
millətinə sadiq, ənənələrinə sadiq,
xalqına sadiq vətəndaş olsun".
Heydər
Əliyev gənclərə, onların qüvvəsinə,
bilik və bacarığına inanır və yüksək
qiymətləndirirdi. O, ümumtəhsil məktəbləri
şagirdləri ilə "Bilik Günü"nə həsr
olunmuş tədbirlərdə, ali
məktəblərə qəbul olunmuş
tələbələrlə
görüşlərində gənc nəsli
biliklərə əzmlə yiyələnməyə,
vətənin ləyaqətli övladları olmağa
səsləyirdi: "Bizim məqsədimiz müstəqil
Azərbaycanın gələcəyi üçün daha bilikli,
zəkalı gənclər hazırlamaqdır...