Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

среда, 14 августа 2013 г.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlib

  Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlib (FOTO) 
 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Federasiyasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.


Prezident İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub

       Prezident İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 13 avqust 
 
Avqustun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə səfərə gələn Rusiya Federasiyasının Prezidenti Vladimir Putini qarşıladı.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Sonra Azərbaycan və Rusiya prezidentləri arasında təkbətək görüş oldu.
 

Azərbaycanla Rusiya arasında beş sənəd imzalanıb

Azərbaycanla Rusiya arasında beş sənəd imzalanıb (FOTO)

Avqustun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündən sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur.
"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Neftyanaya kompaniya "Rosneft" Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş"i və "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Neftyanaya kompaniya "Rosneft" Açıq Səhmdar Cəmiyyəti arasında neft nəqlinin əsas şərtləri"ni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və "Neftyanaya kompaniya "Rosneft" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri İqor Seçin imzaladılar.

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyi arasında 2013-2015-ci illər dövrü üçün kompleks əməkdaşlıq planı"nı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə naziri Vladimir Puçkov imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov imzaladılar.
"Rusiya-Azərbaycan dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) - "Yaraq-qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri rayonunda Samur çayı üzərindən avtomobil körpüsü tikilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Saziş"i Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov imzaladılar.
"2015-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq Proqramı"nı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov imzaladılar.
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mətbuat konfransı olmuşdur.

 

Dövlət başçıları Rusiyanın Xəzər Flotiliyasının “Dağıstan” raket gəmisinə və Azərbaycan Hərbi Dəniz Donanmasının “Bakı” gözətçi gəmisinə baxıblar

Dövlət başçıları Rusiyanın Xəzər Flotiliyasının “Dağıstan” raket gəmisinə və Azərbaycan Hərbi Dəniz Donanmasının “Bakı” gözətçi gəmisinə baxıblar (FOTO)

Azərbaycan, Bakı, 14 avqust 

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycan Respublikasında səfərdə olmuşdur.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü, nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuş, Azərbaycan-Rusiya sənədləri imzalanmış, dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər.
Mətbuat konfransından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlətimizin başçısının iş otağında söhbət etmişlər.
Avqustun 13-də axşam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağüstü parkda olmuşlar.
Dövlət başçıları bu yaxınlarda yenidənqurmadan sonra istifadəyə verilən Dağüstü parkı gəzdilər.
Bu gün Bakıda yenidənqurma və abadlıq işləri sürətlə davam etdirilir. Nəticədə şəhər daha da gözəlləşir. Yenidən qurulan Dağüstü Park da indi paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından birinə çevrilmişdir. Bu parkdan paytaxtımıza və Bakı buxtasına ecazkar mənzərə açılır.
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Dağüstü parkdan Bakının mənzərəsini seyr etdilər.
Avqustun 13-də Dağüstü parkla tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiyanın Xəzər Flotiliyasının Bakıda qeyri-rəsmi səfərdə olan "Dağıstan" raket gəmisinə və Azərbaycan Hərbi Dəniz Donanmasının "Bakı" gözətçi gəmisinə baxmışlar.
Dövlət başçıları əvvəlcə "Dağıstan" raket gəmisi ilə tanış oldular. Gəminin komandiri prezidentlərə raport verdi.
Rusiya Prezidenti Vladimir Putin əsgərləri salamladı.
Dövlət başçıları "Dağıstan" raket gəmisi ilə tanış oldular.
Qeyd edək ki, Rusiyanın Xəzər Flotiliyasına məxsus gəmi dəstəsi Prezident Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində Bakıya qeyri-rəsmi səfərə gəlmişdir. Rusiya tərəfinin dəvəti ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi dəstəsi də bu ilin ikinci yarısında Rusiyaya səfər edəcəkdir.
Sonra dövlət başçıları Azərbaycan Hərbi Dəniz Donanmasının "Bakı" gözətçi gəmisinə gəldilər.
Gəminin komandiri Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı dənizçiləri salamladı.

Prezidentlər "Bakı" gözətçi gəmisi ilə tanış oldular.
Daha sonra "Dağıstan" raket gəmisinin kapitanı dövlət başçılarına xatirə hədiyyəsi təqdim etdi.
Prezident Vladimir Putin gəminin kapitanından soruşdu ki, adın nədir?
Kapitan: Vüsal.
Vladimir Putin: Sən azərbaycanlısan?
Kapitan: Elədir ki, var. Sağ olun.