Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

среда, 20 ноября 2013 г.

Heç kim unudulmur , heç nə yaddan çıxmır!

Heç kim unudulmur , heç nə yaddan çıxmır!

20 noyabr Qarakənd üzərindəki vertolyot faciəsi 

 


Qarakənd üzərindəki vertolyot faciəsi
Mİ-8 xüsusi silahla vurulub
1991-ci il noyabrın 20-də Mİ-8 N72 hərbi vertolyotunda həlak olanları bir daha xatırladırıq:

- Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
- Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
- İqor Aleksandiroviç Plaviski – QMB-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov – QMB-nin Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini
- Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
- Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev – telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
- Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü
Qarakənd istiqamətində uçan vertolyota Qurban Namazəliyev, Tofiq İsmayılov, Sanlal Serikov, Rafiq Məmmədov, Vəli Məmmədov, Məhəmməd Əsədov, Zülfi Hacıyev 

Allah rəhmət eləsin!

22 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb.
Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.
İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib.
Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilib.


Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi helikopterdə həlak olanların dəfn mərasimi. Foto Xalid Əsgərov 


Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi helikopterdə həlak olanların dəfn mərasimi. Foto Xalid Əsgərov

Комментариев нет:

Отправить комментарий