Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

среда, 20 февраля 2013 г.

Heydər Əliyev və Azərbaycan təhsili

                                   Heydər Əliyev və Azərbaycan təhsili 
Aqillər insan ömrünü onun xalqı,vətəni,dövləti üçün gördüyü işlərin miqyası,dəyəri ilə ölçürlər.O insanlar dünyada,tarixdə əbədilik qazanırlar ki,onlar Allah-Təala bəxş etdiyi qeyri-adi istedadlarını,fövqəl güclərini,iradələrini insanların xoşbəxtliyi,xalqlarının azadlığı, dövlətlərinin çiçəklənməsi üçün sərf edirlər.
Bu baxımdan xalqımızın böyük oğlu,dünya şöhrətli ictimai-siyasi  xadim,ümummilli lider Heydər Əliyevin 80 illik ömrü tariximizə qızıl hərflərlə həkk olunmuş, dünya tarixində layiqli yer tutmuş, nadir şəxsiyyətlər cərgəsində dayanmışdır.Yarım əsrdən çox xalqına əvəzsiz xidmət göstərmiş,ömrünü Azərbaycanın ,azərbaycanlıların xoşbəxtliyi naminə şam kimi əritmiş,illərlə məzuniyyət götürmədən,istirahət etmədən işləmiş ,20-ci əsrin sonlarında Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etmiş, sivil bir dövlət qurmuş dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyev fonemi haqqında ona layiq söz demək , xidmətlərini sadalaya bilmək qeyri-mümkündür.Buna fövqəl istedad gərəkdir.Ancaq yenə də, ümummilli liderimiz haqqında bir şey yazmaq arzusundan əl çəkmək mümkün deyil.
Ümummilli liderimizin zəngin həyatı həmişə təhsillə bağlı olmuşdur:
<<Məktəb,maarif,təhsil işi ilə həmişə sıx bağlı olmuşam…Hesab edirəm ki,cəmiyyət haradan olursa olsun,nədən olursa olsun,kəsib təhsilə xərcləməli,gənc nəslin təhsilinə ,müəllimə kömək etməlidir.Bu,mənim prinsipal mövqeyimdir>>.
Bu kəlamlar böyük rəhbərimizin təhsilə nə qədər önəm verdiyinin təzahürüdür.
1993-cü ilin yayında xalqımızın təkid və tələbi ilə ikinci dəfə Azərbaycana,hakimiyyətin ali kürsüsünə qayıdan Heydər Əliyevin zəhməti,qayğsı ilə  təhsil sistemimizdə əmələ gəlmiş başıpozuqluğa,hərcmərcliyə son qoyuldu,təhsilin idarə edilməsinə gətirilmiş səriştəsiz adamlar oradan uzaqlaşdırıldı,peşəkar,bacarıqlı,işgüzar alimlər,müəllimlər yenidən öz ali işlərinə-təhsilin idarə edilməsinə gətirildilər.Təhsil dövlətin üstün inkişaf etdirilən prioritet sahəsinə çevrildi.<<Təhsil millətin gələcəyidir>> deyən prezidentimiz Heydər Əliyevin tapşırığı ilə təhsilə, təhsil işçilərinə dövlət qayğısı artırıldı.Əvvəlcə 1-4 siniflər,sonra isə yuxarı siniflər üçün dərsliklər dövlət vəsaiti hesabına çap olunmağa başladı.Müəllimlərin maaşı mütəmadi artırıldı.
Ümumilli liderimiz Heydər Əliyev təhsil sistemimizdə olan problemlərin optimal həlli üçün Azərbaycan tarixində ilk dəfə Təhsil sahəsində islahatlar aparılması üçün tapşırıqlar verdi.Bu məqsədlə 1998-ci il martın 30-da Prezident sərəncamı ilə Azərbaycan Respublikasında Təhsil Sahəsində İslahatlar üzrə Təhsil naziri M.Mərdanovun sədirliyi ilə Dövlət Komissiyası yaradıldı.1998-ci ildə müstəqil  Azərbaycan müəllimlərinin 1-ci qurultayı keçirildi.Xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda tarixi çıxış etdi.Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli üçün proqram idi.Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradıldı.
Ulu öndər 1999-cu ilin iyunun 15-də Milli Qurtuluş günündə Təhsil Sahəsində İslahat Proqramını xüsusi sərəncamla təsdiq etdi.Heydər Əliyev təhsil sistemində islahatların əsas məqsədini özü müəyyən etmişdi:
<<Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki,Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılsın….On illərlə  əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir.Əgər biz bu yolla gedəriksə,qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik>>.
Müstəqil Respublikamızın memarı Heydər Əliyevin qayğısı ilə Təhsil İslahatı Proqramının əsas müddəaları Dünya Bankının maliyyə yardımı ilə həyata keçrilməyə başladı.Təhsil Qanununun layihəsi ümumxalq müzakirəsinə verildi.Ümumi orta  təhsilin dövlət standartları hökümət səviyyəsində təsdiq edildi.Azərbaycan təhsili dünyanın aparıcı dövlətlərinin təhsilinə inteqrasiya edildi.Xüsusi istedadı olan şagirdlərə və gənclərə diqqət artırıldı,adları <<Qızıl kitaba>> salındı.İstedadlı gənclərə dövlət qayğısı Ana Qanunumuzda öz əksini tapdı.
<<Təhsil sahəsi xalqımızın bu günü,millətimizin,dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir>>deyən ümumilli liderimiz Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən fərman, sərəncamlar verdi:<<Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında>>   13 iyun 2000-ci il tarixli,<<Dövlət dilinin tətbiq işinin təkmilləşdirilməsi haqqında>>  18 iyun 2001-ci il tarixli,   <<Azərbaycan əlifbası  və Azərbaycan dili günü (01.avqust) təsis edilməsi haqqında 09.08.2001- ci il tarixli bəyanat, <<Azərbaycan Respublikasında dövlət dili haqqında>>,  <<Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə>> 2 yanvar 2003-cü il tarixli fərman təhsilimizi dünya standartları səviyyəsinə qaldırdı.Azərbaycan tarixinin,ədəbiyyatının,coğrafiyasının öyrədilməsinə,mükəmməl dərsliklər hazırlanmasına,xüsusilə Azərbaycan dilinin öyrədilməsinə, Dövlət dili statusunda təbliğinə diqqət artırıldı.
Azərbaycan təhsilinin qayğıkeş hamisi ulu öndərimizin <<Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında 4 oktyabr 2002-ci il tarixli sərəncamı və həmin sərəncamla hazırlanmış xüsusi proqram sayəsində Azərbaycanda dünya standartlarına uyğun müasir tipli məktəb binaları tikilməyə başlandı.
Ümummilli liderimizin rəhbərliyi,tövsiyəsi ilə hazırlanmış proqramlar,strateji yol Azərbaycan təhsilinin, onun maddi-texniki bazasının uzunmüddətli,dinamik inkişafını təmin etmişdir.
Ulu öndərimizin daxili və xarici siyasəti,iqtisadi plan və proqramları bu gün Heydər Əliyev məktəbinin layiqli yetirməsi, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edir və edəcək.
Respublikamızın Prezidenti cənab İlham Əliyev ümumilli liderimizin ideyalarını ləyaqətlə davam etdirərək təhsilimizin inkişafına,təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə böyük diqqət yetirir.Azərbaycanın birinci xanımı,Heydər Əliyev Fondunun prezidenti,YUNESKO-nun ,İSESKO-nun xoşməramlı səfiri,millət vəkili Mehriban xanım Əliyeva bu gün Azərbaycan təhsilinin qayğıkeşidir.
Ölkə prezidenti İlham Əliyevin Respublikamızın məktəblərinin dünya standartları səviyyəsində təmin olunması üçün <<Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İnformasiya və Kommunikasiya Texnologiyaları ilə təminatı proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqındakı 21 avqust 2004-cü il tarixli sərəncamı,Prezident sərancamları ilə təsdiq olunaraq hal-hazırda həyata keçirilən təhsilin inkişafına dair 17 proqram Azərbaycan təhsilinin,təhsil müəssisələrinin mütəmadi inkişafını təmin edir.
Xalqımız həmişə ümummilli liderimiz Heydər Əliyevə  bəslədikləri inam və məhəbbəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyevə bəsləyir, onu daim dəstəkləyirlər.

Комментариев нет:

Отправить комментарий